Əməkdar artist Abbas Bağırovun toyundan
Əməkdar artist Abbas Bağırovun toy mərasimi keçirilir.
ULUSƏS Oxu.Az-a istinadən xəbər verir ki, məclis “Buta palace”da keçirilir. Mediaya qapalı olan toyda sənət, iş adamları iştirak edir.
Qeyd edək ki, Abbas bu ilin may ayında yalnız kişilərin iştirak etdiyi toy keçirmişdi. Noyabrda isə müğənninin Gəncədə qız toyu baş tutub.
Xatırladaq ki, bu, A.Bağırovun ikinci evliliyidir. Onun ilk nikahından qız övladı var.