Qəbələ Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi 90 hektar sahədə meyvə ağaclarından ibarət bağ salıb[b][/b]
Bu il ilk dəfə olaraq Qəbələ rayonunun meşə fondunun torpaqlarında meyvə ağaclarından ibarət bağ-meşəliklərin salınmasına start verilib.
Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən bildiriblər ki, payız mövsümündə Qəbələdə yeni meşəliklərin salınması işlərinə ötən ayın əvvəlində start verilib və hazırda ağac əkini işləri davam etdirilir. Payız mövsümündə plana uyğun olaraq rayonun Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 100 hektar sahədə bağ sahəsinin salınması nəzərdə tutulur. Bu günədək 90 hektar sahədə meyvə ağaclarının əkini aparılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Əraziyə qoz, şabalıd, fındıq və alma ağacının tingləri əkilib. Bağların salınmasında müəssisənin tingçilik təsərrüfatında yetişdirilən ağaclardan istifadə olunur. Yaxın günlərdə baramaçılığın inkişafı üçün 3 hektar sahədə yeni tut bağlarının salınması nəzərdə tutulur.
Qeyd edək ki, Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin meşə torpaqları genişləndirilərək 33 min 393 hektara çatdırılıb. Rayon meşəçiləri bu ilin yaz aylarında rayonda meyvə ağaclarından ibarət 110 hektar sahədə bağ salıblar.