Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də Bakı şəhərində anadan olub. O, orta təhsilini babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində almışdır.
Orta təhsili başa vuran Heydər Əliyev 2013-cü ildə Təhsil Naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl medalla təltif olunub. Orta məktəbi qızlı meddala bitirən H.Əliyevin adı Müasir Təhsil Kompleksində “Şərəf kitabı”na yazılıb.
Heydər Əliyev həmin il ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak etmiş, qəbul imtahanlarını yüksək səviyyədə verərək, ADA Universitetinin tələbəsi adını qazanmışdır.
Heydər Əliyevin tələbə yoldaşları və dostları onun savadlı, təvazökar, mədəni bir gənc və ətrafındakılara nümunə olduğunu vurğulayırlar.
Heydər İlham oğlu Əliyevə orta məktəbdə ingilis dilindən dərs demiş konqolu müəllimi Manto bir neçə il əvvəl öz xatirələrində Prezidentin oğlunu tərifləyərək demişdir: “Mənə demişdilər ki, Prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə Prezident oğlunun oxuduğu heç vaxt hiss olunmurdu. Düzü, valideynlərini heç zaman məktəbdə görməmişəm. Amma bir müəllim kimi mənim üçün ən önəmlisi məktəblinin savadıdır, valideyni yox. Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, Prezident oğlu olduğunu əsla hiss etdirmirdi”.
Cari ilin sentyabr ayının 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. And içən əsgərlərimizin sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyev də yer almışdır.
Mərasimdə Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvüləri iştirak etmişlər.
Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti təbrik edərək, onlara uğurlar arzulayıb.
Belə bir əlamətdar gün “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin diqqətindən kənarda qalmamışdır. Birliyin təsisçiləri Tahirə İsmayılova və Çingiz Qurbanov və birliyin Fəxri Sədri, Qazaxstanda fəaliyyət göstərən “Dünya Azərbaycanlıları Konqresi”nin Sədri Araz Xudiyevin iştirakı ilə baş tutmuş, növbədənkənar iclasın yekdil qərarı ilə, Heydər İlham oğlu Əliyev “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin FƏXRİ SƏDRİ seşilmişdir.
Təbrik edirik!
“Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyi