Cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idmançısı Hidayət Heydərov bürünc medal qazanıb.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan üçüncü yer uğrunda görüşdə monqolustanlı Tsoqtbaatar Tsend-Oçiriyə qalib gəlib.
Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib.