Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər saldıqda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz qabağına gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən “Xalq üçün, vətən üçün yaşanan ömür insan ömrüdür” belə insanların ömrü çətin, mənalı və şərəfli olur, baş həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqını, millətini mənəvi siması desək səhv etmərik. Tam məsuliyyətlə, qürurla deyə bilərik ki, belə insanlardan da sözün həqiqi mənasında səmimi insan iş adamı Üzeyir Rüstəmov kollektiv arasında yüksək hörmətə malik olan bir insandır. Onunla həmsöhbət olanda Üzeyir müəllimin həqiqətən nə qədər sadəlöv olduğunu bir daha şahidi oldum. Üzeyir Rüstəmov Azərbaycan dövlətinə yüksək peşəkarlığı öz işində nümayiş etdirdiyi prinsipiallığı kifayət edə biləcək bir səviyyədədir. Üzeyir Rüstəmovu yaxından tanıyan bir çox insanlar onun yüksək təvazökarlığı diqqət mərkəzində olmaqdan heç də olmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlərlə hər bir insana yalnız baş ucalığı gətirə bilər. İş adamı Üzeyir Rüstəmov yüksək insanlığı ilə seçilən bir insan və əsl Azərbaycan vətəndaşıdır.
Şamil Məmmədəlioğlu