Şərəfli ömür yolu keçmiş İnqilab müəllim Nadirli haqqında sözün əsl mənasında danışmaq, rəy söyləmək, fikir yürütmək hər bir jurnalistin, yazarın, qələm sahibinin gücü çatmayan bir mövzudur. Hörmətli İnqilab müəllimin həyat və fəaliyyətini oxuyub qazandığı nailiyyətləri görən hər bir Azərbaycanlının ürəyi dağa dönür. İnqilab Nadirli çalışdığı sahələrdə yaratdığı xariqələr bütün dünyanı lərzəyə gətirib.
Böyük bir tarix yazan sözün əsl mənasında böyük İNSAN olan İnqilab Nadirli.
İnqilab Ədil oğlu Nadirov (Nadirli) — Şair, dramaturq, publisist, ictimai-siyasi xadim, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980-1995-ci illər) deputatı; o cümlədən ilk Milli Məclisinin üzvü, iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor, Türk Dünyası Araştırmaları Uluslararası elmlər Akademiyasının Akademiki (həqiqi üzvü), Avropa Təbiət Elmləri Akademiyasının Akademiki (həqiqi üzvü) və Vatikanın Bonifaciana Akademiyasının (həqiqi üzvü), həmcinin Beynalxalq Kadrlar Akademiyasının və eləcədə Beynalxalq Eko-Energetika Akademiyalarının Ekoloji Elmlər üzrə Fəlsəfə doktoru və həmçinin Azərbaycan, Rusiya və Türkiyə Yazarlar İttifaqının üzvüdür.
25 aprel 1940-ci il Azərbaycan Respublikası Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş və 01 sentyabr 1946-ci il Hüsülü kənd məktəbinin birinci sinfinə daxil olmuşdur.
1950-ci ilin yay aylarında məktəblilərdən ibarət pambıq zərərvericilərinə qarşı mübarizə dəstəsinin rəhbəri olmuşdur.
1951-1952-ci illərin yay aylarında «Vətən müharibəsi» kolxozunda (dogma kəndində) öküzlə pambıq cərgələrinin arasında kultivasiya aparmışdır.
1953-1954-cü illərin yay aylarında «Vətən Müharibəsi» kolxozunda oraqla taxıl zəmilərində biçin aparmiş,1955-ci ilin yay aylarında isə əllə çiy kərpiç kəsmişdir.
1 sentyabr 1956-ci il tarixdə H.B.Zərdabi adına- indiki Gəncə Dövlət Pedaqoji Universitetinin fizika və riyaziyyat fakultəsinə qəbul olmuş və 1961-ci ildə həmin fakultəni müvəffəqiyyətlə bitirmişdir. Həmin illərdə qrup həmkarlar təşkilatının sədri olmuşdur.
15 avqust 1961- noyabr 1962-ci illərdə Ağcabədi şəhər 2 saylı orta məktəbində fizika və riyaziyyat müəllimi işləmiş, məktəb komsomol komitəsinin katibi və fizika- riyaziyyat fənn birləşməsinin sədri olmuşdur. Məktəbdə tədris üçün sinif otaqlarının çatışmaması barədə məktəb komsomol komitəsinin katıbi kimi dəfələrlə yuxarı təşkilatlar qarşısında məsələ qaldırmasına baxmayaraq, heç bir tədbir görülmədiy üçün o,1961-1962- ci tədris ilinin yay aylarında məktəbin 8,9,10-cu sinif şagirdlərinin iştirakı ilə 30 min ədədə qədər çiy kərpic kəsilməsinə və 5(beş) otaqdan ibarət əlavə sinif otaqlarının tikilməsinə, 1962- -ci ilin 01 sentyabrında istifadəyə verilməsinə nail olmuş və bununla da məktəbin sinif otaqlarına olan ehtiyacının qismən ödənilməsinə nail olmuşdur.
Həqiqi hərbi xidmətdən möhlət imtiyazı olmasina baxmayaraq kosmonavt olmaq arzusu ilə ordu sıralarına getmiş və bu barədə əsgərlikdə olarkən SOV.İKP MK-nın Baş Katibi N.S.Xruşşova ərizə ilə də müraciət etmişdir.
Noyabr 1962-noyabr 1964-cü illərdə Sovet ordusu sıralarında xidmət etmişdir: Öncə Leninqrad hərbi dairəsinin Vıborq şəhərindəki“Əlahiddə Qvardiya İstehkamçı Batalyonu”nda xidmət etmişdir. Güləş və xizək üzrə idman ustası normalarını yerinə yetirmişdir. Hərbi akademiyaya oxumağa gedəcək kiçik rütbəli zabitlərə riyaziyyat fənnini tədris etmiş, batalyonda özfəaliyyət dərnəyi, yazdığı kiçik həcmli pyeslərlə əsgərlərin hərbi hissələrdə, şəhərin fabrik və zavodlarında çıxışlarını təşkil etmişdir. Sonra isə SOV. İKP MK-nın 1963-cü ildə keçirilmiş “Sovet-Çin münasibətlərinə dair” plenumunun qərarı ilə Leninqrad hərbi dairəsinin nəzdində təşkil olunmuş və “Uzaq Şərq Hərbi Dairəsi”nə göndərilən seçmə hərbi diviziyanın tərkibinə nümunəvi əsgər kimi daxil edilmişdir. Bu müddət ərzində:
O, Uzaq Şərqin Primorye diyarının Sebuçar qəsəbəsində yerləşən hərbi hissəsində qulluq etmiş, SOV.İKP sıralarına qəbul olunmuş, batalyon komsomol komitəsinin katibi işləmiş, bir illik diviziya partiya məktəbini əla qiymətlərlə və Xabarovsk şəhərində 2 aylıq zabitlik kursunu bitirmişdir. Bu dövrdə hərbi hissələrdə iki ildən bir aparılan Moskva yoxlaması onun xidmət etdiyi diviziyada fəaliyyətə başlayır. Bu zaman diviziya bütün sahələr üzrə əla qiymətlər almışdı və yalnız istehkam işinin yoxlaması qalmışdı. . Qaydaya görə hər hansı hərbi hissə Moskva yoxlamasından əla qiymətlər alsa idi, o zaman həmin hərbi hissənin zabitlərinin rütbələri artırılır və digər mükafatlar verilirdi. Bu zaman ona xüsusi tapşırıq verilir:- onun rəhbərlik etdiyi bölmə istehkam işi üzrə imtahan verməli idi.O, bu vəzifənin öhdəsindən şərəflə gələrək hərbi hissəyə əla qiymət qazandırdı. Bunun nəticəsi olaraq polkun komandiri polkovnik Qarmaş tərəfindən ona təşəkkür edilmiş və tərxis olunmasına az qalmasına baxmayaraq bir həftəlik məzuniyyət verilmişdir.
01 noyabr 1964 - 25 yanvar 1965-ci illərdə Ağcabədi rayon Hindarx kənd orta məktəbində fizika və riyazyyat fənlərini tədris etmişdir.
25 yanvar 1965 - 10 oktyabr 1965-ci illərdə Ağcabədi rayon komsomol komitəsinin ikinci katibi işləmişdir.
10 oktyabr 1965 - 25 iyun 1966-cı illərdə Moskvada ÜİLKGİ MK yanında Ali Komsomol məktəbinin müdavimi olmuşdur.
25 iyun 1966 - 02 fevral 1970-ci illər Ağcabədi rayon komsomol komitəsinin birinci katibi işləmiş və bu dövr ərzində hər il rayon komsomol təşkilatı Azərbaycan LKGİ MK-nın Fəxri fərmanlarına layiq görülmüş və o, dəfələrlə Ağcabədi şəhər və rayon sovetinin deputatı seçilmişdir.
O, 2 fevral 1970-ci ildə RPK-nin( Rayon Partiya Komitəsi) büro qərarı ilə doğma kəndi olan Hüsülüyə- Ə.Bünyadov adına kolxoza sədr vəzifəsinə göndərilir. O zaman kolxozda acınacaqlı vəziyyət idi. Belə ki, kolxozun sabiq sədri başda olmaqla 8(səkkiz)nəfər rəhbər işçi həbs edilib Bərdə türməsində saxlanılırdı. Kolxozun hesabında yanacaq, mal-qaraya yem almaq üçün, kolxozçulara əmək haqqı vermək üçün vəsait yox idi. Qışın şiddətli vaxtı olmasına baxmayaraq kolxozda demək olar yem yox idi. (kolxozda iyirmi min başadək xırda, səkikiz yüz başadək iri buynuzlu mal- qara var idi) və kolxozun kolxozçulara külli miqdara əmək haqqı borcu var idı və s. Qısa zaman kəsiyinndə böyük təşkilatçılıq hesabına heç bir təlafata yol vürilmədən, kolxoz ağır vəziyyətdən çıxarılmış, kolxoza dəyən ziyanlar ödənilmiş və kolxoz nümunəvi təsərrüfata çevrilmişdir.
İnqilab Nadirov 20 iyul 1970-ci ildə sədri olduğu Ağcabədi rayonunun Hüsülü kəndində ilk dəfə olaraq Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevlə görüşmüş və bu görüş onun həyatında həlledici rol oynamışdır. Rayonda ən geridə qalan təsərrüfatlardan biri olan bu kolxoz onun işlədiyi qısa dövr ərzində rayonun ən qabaqcıl təsərrüfatlarından birinə çevrilmiş və buna görə o, SSRİ-nin ən yüksək iki ordenindən biri olan “Oktyabr İnqilabı” ordeni ilə təltif olunmuşdur. O. nümunəvi işinə görə irəli çəkilərək 08 yanvar 1971 - 01 sentyabr 1974-cü illərdə Ağcabədi rayon partiya komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.
01 sentyabr 1974 - 16 avqust 1976-cı illərdə Azərbaycan KP MK Bürosunun qərarı ilə Moskvaya Ali Partiya məktəbinin əsas şöbəsinə müdavim göndərilmişdir. 1976-cı ildə SOV.İKP MK yanında Ali Partiya məktəbini bitirərkən onun dövlət imtahanında aldığı qiymətlər namizədlik minumumu sayılaraq ona 4 nömrəli forma verilmişdir.
16 avqust 1976-ci ildə Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. O zaman Kəlbəcər rayonu respublikanın iqtisadi cəhətdən ən geridə qalmış rayonlarında biri ibi. Belə ki, 1975-ci ildə Azərbaycan KP MK təşəbbüsü ilə rayonun dövlətə olan ssuda borclarından 5(beş) milyon manat (o vaxtın məzənnəsi ilə bu böyük məbləqdir) silinməsinə baxmayaraq rayonun 32 kolxozunun cari hesabında ilin sonuna cəmi 4304(dörd min üç yüz dörd) manat pul var idi. Dövlətə ssuda borcu 1(bir)milyon2 (iki) min, kreditor borcu isə 1(bir)milyon 45(qırx beş) min manat o cümlədən kolxozçulara əmək haqqı borcu 813(səkkiz yüz on üç) min manat idi. Rayon əhalisinin xeyli hissəsi dolanışıq üçün başqa rayonlara üz tutmalı olmuşlar.
Sentyabr 1976-cı ildə respulikada dağ rayonlarının iqtisadiyatını qaldırmaq məqsədilə kolxozların sovxozlara çevrilməsi ideyasının əleyhinə çıxmış və “işin nəticələrinə görə əmək haqqı ödənilməsinə dair” Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə tövsiyələr hazırlanmasına, təsərrüfatlarda müzakirə olunub, qəbul edilməsinə və tətbiq edilməsinə nail olmuşdur. Naryadsız, yalnız işin nəticələrinə görə əmək haqqı verən yeni tösiyələri (01.01.1977-05.11.1988-ci illər) ölkədə ilk dəfə olaraq Kəlbəcər rayonunda həyata keçirmişdir.
Kəlbəcər rayonunda işlədiy dövrdə onun təşəbbüsü ilə Azərbaycan KP MK beş xüsusi qərar qəbul etmişdir. Onlardan biri:
İnqilab Nadirov işə başladığı ilk dörd ay ərzində rayonun iqtisadi vəziyyəti ilə əlaqədar hazırladığı arayışı 03.01.1977-ci il tarixdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə təqdim etmiş və H, Əliyev həmin arayışa səhifə yarımlıq dərkənar yazaraq Azərbaycan SSR Nazirlər sovetinin sədri Əli İbrahimova göndərmiş və göstəriş vermişdir ki, xüsusi dövlət komissiyası yaradılsın, yerində araşdırılib, birgə qərar qəbul edilməsi üçün arayış hazırlansın və Azərb.KP MK-ya təqdim edilsin.Belə də oldu. 8 dekabr 1977-ci il tarixdə 428 nömrəli “Kəlbəcər rayonunun iqtisadiyyaını və mədəniyyətini daha da inkişaf etdirmək tədbirləri haqqında” Azərbaycan KP MK və Azərb.SSR Nazirlər Sovetinin iri həcmli çox böyük əhəmiyyət kəsb edən birgə qərarı qəbul olundu.Bu qərarın həyata keçirilməsi və rayonun təsərrüfatlarının 01.01. 1977-ci il tarixdən təsərüfat hesabına keçirilməsi nəticəsində Kəlbəcər rayonu respublikanın ən qabaqcıl rayonları cərgəsinə çıxarıldı. Bütün təsərrüfat sahələri ziyanla işləməkdən azad olundu, rayonunun rentabelliyi mənfi 17-dən müsbət 47 faizə, təsərrüfatların pul gəliri 1.2 milyon manatdan 22 milyon manata, kolxozçuların orta aylıq əmək haqqı 35 manatdan 153 manata çatdırıldı. Həmin dövrdə bu SSRİ-də ən yüksək göstəricilərdən biri sayılırdı.Nəticədə, yaşayış üçün rayondan köçüb başqa rayonlara getmiş ailələr də öz doğma yurdlarına qayıtmalı oldular.
Bununla da, Kəlbəcər rayonunun potensial imkanının olmaması və çıxış yolunun yalnız bu rayonun aran rayonlarına köçürülməsində görən respublikanın rəhbər orqanlarında kök salmış ermənipərəst qüvvələrin və onların yerdəki əlaltılarının məkrli, antimilli çəhdlərinin (Kəlbəcər rayonunun köçürülməsi haqda qərar layihəsi hazırlanmış və ona yalnız Heydər Əliyevdən başqa Mərkəzi komitənin bütün büro üzvləri qol çəkmişdilər) qarşısını aldığına görə 10 noyabr 1979-cu ildə Azərbaycan KP MK- nın birinci katibi cənab Heydər Əliyev tərəfindən təşəkkür almışdır. Respublikada dağ rayonları kolxozlarının sovxozlara çevrilməsi haqqında olan ideyanın yanlış olmasını praktiki olaraq sübut etmiş və bununla da Kəlbəcər rayonunun iş təcrübəsinin öyrənilib tətbiq edilməsinə nail olmuşdur.
1977-1979-cu illərdə insan ayağı dəyməmiş məşhur “Laçın qaya”sına dövlət vəsaiti sərf edilmədən sıldırım qayalıqlardan iki ilə yol çəkdirib həmin qayanı fəth edərək dağın üstündə yerləşən 50 hektaradək münbit torpaq sahəsini əkin sahəsi çox az olan Kəlbəcər rayonu əhalisinin ixtiyarına verilməsinə nail olmuşdur.
Rayonda XXI əsrin tələblərinə cavab verən “Yeni Kəlbəcər” şəhərini, əsasən, iməcilik yolu ilə salınmasına nail olmuşdur.
Kəlbəcərin başının üstünü qara buludlar alanda Dəlidağdan keçməklə Kəlbəcərdən Laçına (01.03.1988-01.05.1988-ci illər), Murovdağdan keçməklə Kəlbəcərdən Gəncəyə (01.05.1988-18.09.1988-ci il) dövlət vəsaiti sərf edilmədən öz təşəbbüsü ilə yollar çəkdirmiş (Kəlbəcərdən Gəncəyə gedən yolun 102(yüz iki) kilometr qısaldılmasına nail olmuş) və bununla da Kəlbəcər, Laçın və Basarkeçər rayonlarının 100 mindən çox əhalisinin erməni faşistlərinə əsir düşməkdən, məhv olmaqdan xilas olunmasına şərait yaratmışdır.
Bərdə və Ağcabədi rayonları arasında yerləşən və Kəlbəcər rayonuna məxsus 1152 hektar əkin sahəsinin Kəlbəcər rayonundan alınaraq Bərdə rayonuna verilməsinin qarşısını almış və bunun əvəzində Bərdə rayonuna 3000 hektar torpaq sahəsinin verilməsinə nail olmuşdur.
Üç kiçik tikinti sahəsi olan Kəlbəcərdə ilk dəfə olaraq tikinti tresti yaratmağa nail olmuşdur. Nəticədə (o vaxtın məzənnəsi ilə):
Əgər: 1920-ci ilədək cəmi 100 min manatlıq və 1920-1975-ci illər ərzində cəmi 23 milyon manatlıq ictimai, sosial binalar tikilmişdirsə, 1976-1988-ci illər yəni 12 il ərzində 100 milyon manatlıqdan çox tikinti- abadlıq işləri apartdırmışdır.
1988-ildə Bakı şəhəri Oktyabr(Yasamal) RİK-in sədr müavini işləmişdir.
1989-1990-ci illər Azərbaycan Respüblikası Mətbuat komitəsinin Kitabxana kollektorunun direktoru işləyərkən kitabxana kollektorunu Azərkitabın tərkibindən çıxarılaraq müstəqil respublika təşkilatına çevrilməsinə nail olmuşdur.Bu dövrdə o. yenidən Azərbaycan SSR Ali sovetinə deputat seçilmişdir.
1991-1995-ci illərdə Azərbaycan Respublikası ilk Milli Məclisinin üzvü olmuş, Heydər Əliyev cənablarının hakimiyyətə qayıdışında, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqinda konstitusiya aktı”nın qəbul edilməsində, yeni konstitusiyanın qəbul olunmasında,müstəqil Azərbaycan Respublikası dövlət rəmzlərinin hazırlanmasında və qəbul olunmasında, “Əsrin Müqaviləsi”nin bağlanmasında, yeni dövlət quruculuğunun bir çox qanun və qərarlarının hazırlanmasında və qəbul edilməsində, bir sözlə, Müstəqil Azərbaycan Dövlətinin yaradılmasında(bərpa edilməsində) bir millət vəkili kimi fəal iştirak etmişdir.
İnqilab Nadirov bir deputat kimi 17 oktyabr 1991- ci il tarixdə Azərbaycan Respublikasının Ali Sovetinin sesiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstutusiya aktı”qəbul edilərkən Etibar Məmmədovun və Fuad Ağayevin birgə hazırladıqları ikinci varaiant lahiyənin nəzərə alınmadığını görüb təqdim olunan layihənin yarımçıq olduğunu nəzərə alaraq hər iki lahiyəyə birgə baxılması təklifi ilə çıxış etmiş və onun təklifi nəzərə alınaraq işçi qrupu hər iki lahiyəyə birgə baxaraq yekun layihəyə hazırlamış və Ali Sovetə təqdim etmişdir. Ali Sovetin sessiyası 18 oktyabr 1991- ci il tarxdə yekun lahiyəyə baxmış və ikinci variant layihədən 2(iki) maddəni yekun lahiyəyə əlavə edərək qəbul etmişdir.
Azərbaycan Respublikası Milli Şurasının 1992-ci ilin yanvar ayının 19-da keçirilmiş iclasında Xalq deputatları yenidən “Qara Yanvar” faciəsinə qayıtmış və hadisəyə münasibətlərini bildirmişlər. Həmin iclasda Xalq deputatı İnqilab Nadirovun çıxışından bir hissəni olduğu kimi veririk:
“Mən təklif edirəm ki, əvvəla, bütün istintaq materialları Respublika Prokurorluğuna göndərilsin, bununla bağlı cinayət işi qaldırılsın və bu işdə günahkar olanlar cəzalandırılsınlar. İkincisi, Bakı şəhərinə qoşun yeridilməsi və şəhərdə fövqəladə vəziyyət elan olunması SSRİ Konstitusiyasına, Azərbaycan SSR Konstitusiyasına,beynəlxalq hüquq normalarına zidd olduğuna və fövqəladə vəziyyətin hüquqi rejimini tənzimləyən qanunvericilik aktının olmadığı bir şəraitdə həyata keçirildiyi bu tədbirin nəticəsində 137 nəfərin həlak olması, minlərlə adamların isə xəsarət almasına və suveren respublikaya külli miqdarda maddi və mənəvi zərbə vurulması ilə nəticələndiyi üçün bu hadisələrin təşkilatçıları- Qorbaçov, Yazov, Bakatin, Kryuçkov və mərkəzin digər əlaqədar cavabdeh adamları Rusiya məhkəmələrinə və beynəlxalq məhkəmlərə verilsinlər”
15 may 1994 - 27 avqust 1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsində işləmişdir. Bu illərdə: iki ədəd hər biri 110 min kvt.saat gücündə olan elektrik yarımstansiyasının tikilib istifadəyə verilməsinə nail olmuşdur.
Azərbaycan Müstəqillik qazanandan sonra Azərbaycanda ilk dəfə olaraq Hacı Həsən kəndində iməcilik yolu ilə orta məktəb binasını tikdirmişdir.
«Qarşısıalınmaz» zənn edilən, Bakı şəhəri üçün fəlakətə çevrilmiş Böyük Şor gölü probleminin həllini elmi cəhətdən əsaslandırmış və praktiki olaraq həyata keçirilməsinin əsasını qoymuşdur. Nəticədə 400 milyon dollardan çox iqtisadi səmərə əldə edilmiş və 1000 hektaradək torpaq sahəsi istifadəyə verilmişdir.Həmin dövrdə rayon icra hakimiyyətinə ayrılan büdcə vəsaitinə hər il 30%-dək qənaət edilmiş və həmçinin onun elmi işindən əldə edilən iqtisadi səmərə(78 milyard manat.köhnə məzənnə ilə) rayon icra hakimiyyətinə ayrılan beşillik dövlət büdcəsindən(63 milyard) çox olmuşdur. Hal- hazırda burada torpaqların yararlaşdırılıb istifadəyə verilməsi işi davam etdirilir. Bu problemə dair 2 elmi monoqrafiyanın və 6 elmi (cəmi 10 ) məqalənin müəllifidir. Böyük Şor gölü problemi ilə əlaqdar dissertasiya işini müdafiə edərək “iqtisad elmləri namizədi” alimlik dərəcəsi almış, eyni zamanda ona Beynəlxalq Kadrlar Akademiyası tərəfindən “Ekoloji elmlərdə fəlsəfə doktoru” dərəcəsi verilmişdir. Onun Böyük Şor gölündə apardığı iş BMT –nin (Birləşmiş Millətlər Təşkilatının) 1996-cı ildə çıxan “ Azərbaycanda İnsan İnkişafı Haqqında hesabat”da öz əksini tapmışdır. Elmi kitablarından bir sıra ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur.
Onun Böyük Şor gölündə apardığı iş ilə əlaqədar Azərbaycan Dövlət Televiziyası tərəfindən Qızıl fonda daxil edilən üç sənədli film:-«Binəqədi»,«Böyük Şor» və «Canlanan torpaq» çəkilmişdir.
İ.Ə.Nadirli poeziyanın demək olar ki, bütün janrlarında qələmini sınamış və uğurlu nəticələr əldə etmişdir. «Sınaq»(2000-ci il), «Yol ayrıcında»(2006-ci il) mənzum pyeslərinin, «Həyat bir sınaqdır”(şeirlər), “Tarixə qovuşan illərim”(publisistik), “Hikmətli dünyam”, “Muğamlı dünyam”, “Təmsilli dünyam”,“MY World” (Mənim Dünyam- ingiliscə) trilogiyasının, “ MY WORLD OF APHORİSMS” (Mənim hikmətli dünyam-ingiliscə), “Ömrün Payız Akkordları” kitablarının müəllifidir. Onun «Nəvələrə ərməğan (aforizmlər və nəsihətlər)» kitabı azərbaycan, rus və ingilis dillərində nəşr olunmuşdur. «Sınaq» mənzum pyesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə nəşr edilmiş «Azərbaycan Dramaturgiyası Antologiyası»na (2007-ci il) daxil edilmiş, «Nəvələrə ərməğan», və «Sınaq» mənzum pyesi Türkiyədə(2009-cu il) çapdan çıxmışdır. O,«Tarixə qovuşan illərim»(1998-ci il) publisistik kitabına görə «Qızıl qələm» və «Azərbaycan Bayrağı» mükafatlarına layiq görülmüşdür.
İnqilab Nadirlinin şeirlərinə bir çox mahnılar bəstələnmişdir.Onun 50-dən çox muğam və mahnılarına disklər buraxılmışdır. Respublikanın xalq artisti Mənsum İbrahiimovun ifa etdiyi “Qarabağım”, Respublikanın əməkdar artisti Təyyar Bayramovun “Anam doğma Azərbaycan”, “Mənim üçrəngli bayrağım” mahnıları onun sözlərinə bəstələnmişdir və s. Respublikanın əməkdar müəllimi, muğam ustası, görkəmli xanəndə Qəzənfər Abbasov onun sözlərinə “Mahur Hindi”, “Bayatı Şiraz”, “M, H, Segahı”,”Arazbarı”, “Ovşarı” və s.ifa etmiş və “Mehrabın olaydım asimanında” təsnifini bəstələmişdir. Qəzənfər Abbasovun İnqilab Nadirlinin sözlərinə oxuduğu muğam və mahnılardan ibarət ayrıca disk buraxılmışdır.
TDAUEA –nın(Türk Dünyası Araştırmaları Uluslararası Elmlər Akademiyasının) Professoru və Akademiki (həqiqi üzvü) olan İnqilab Nadirli akademiyanın ən yüksək mükafatları olan “ Qızıl Ulduz” və “Atatürk Ödülü” ilə təltif olunmuşdur.
Həmçinin, İnqilab Nadirli ATEA nın (Avropa Təbiət Elmləri Akademiyasını) həqiqi üzvü (akademiki) seçılmiş və o, akademiyanın yüksək mükafatı olan “Qotfrid Vilhelm fon Leybnis” medalı ilə 25 oktyabr 2013-cü ildə təltif edilmişdir
İnqilab Nadirli yaradıcılığının yüksək zirvəsi sayılan “MY WORLD” (“Mənim Dünyam”) trilogiyası (ingilis dilində) kitabı ATEA-sı Rəyasət Heyətinin qərarı ilə 2014-cü ildə “İlin Kitabı” diplomuna layiq görülmüş, həmin kitaba görə o, “Yohan Volfqanq Höte” medalı ilə təltif olunmuş və onun Almaniyada şəxsi poçt markası buraxılmışdır. Həmçinin həmin kitabın elektron variantı (362 səhifə) dünya oxucuları üçün ATEA- nın xüsusu saytında (WWW. eanw.info./enziklopedia/) yerləşdirilmişdir.
O, elmi sahədə fədakar fəaliyyətinə görə Avropa Elmi Cəmiyyətinin, Beynəlxalq Cəngavərlər İttifaqının və ATEA- nın Rəyasət Heyəti Elmi Şurasının birgə qərarları ilə 2015-ci il də “Avropanın fəxri alimi” adına layiq görülmüş və diplomla təltif edilmişdir.
Fərəhlə qeyd edilməlidir ki,İnqilab Nadirlinin “MY WORLD” (“Mənim Dünyam”) trilogiyası (ingilis dilində) 2015-ci ildə TDAUEA-sı Rəyasət Heyətinin qərarı ilə “İlin Kitabı” diplomuna, müəllifi isə 2016-cı ildə “İLİN ADAMI” diplomuna layiq görülmüşdür.
İnqilab Nadirlinin “Mənim Hikmətli dünyam” (MY WORLD OF APHORISMS)(Ingilis dilində) kitabı Avropa Təbiət Elmləri Akademiyasının və Avropa Cəngavərlər İttifaqı rəyasət heyətlərinin birgə qərarı ilə 2016-ci ildə “ZABİT XAÇI” ordeni ilə təltif edilmişdir.
Rusiya Yazıçılar İttifaqı Moskva şəhər təşkilatı Mükafat komissiyasının qərarı ilə O, “Mənim Dünyam”( MY WORLD) və “Mənim Hikmətli Dünyam”( MY WORLD OF Aphorisms) kitablarına görə “DÖVRÜMÜZÜN QƏHRƏMANI” mükafatına layiq görülmüş və “M. Y. LERMONTOV” ordeni ilə təltif edilmişdir.(2017-ci il. Moskva şəh.)
Həmçinin şair. dok. Prof. İnqilab Nadirli Rusiya Yazıçılar İttifaqının ən yüksək mükafatı olan “A.S.Puşkin qızıl medalı” ilə təltif olunmuşdur.(2017-ci il. No:23)
İnqilab Nadirli 17 may 2017-ci il tarixdən Rusiya Yazıçılar İttifaqının üzvüdür.
Türkiyə Yazarlar Birliyinin üzvü olan İngilab Nadirli “Mənim Hikmətli dünyam” (MY WORLD OF APHORISMS) və “MY WORLD” (“Mənim Dünyam”) əsərlərinə görə, həmin təşkilatın ən yüksək mükafatı olan "Nazim Hikmət" (10 Avqust 2018-ci il tarixində) Beynalxalq mükafatına layiq görülmüşdür.
Onun dünyanın yüzədək dövlətini dolaşan “MY WORLD”(“Mənim Dünyam”) trilogiyası kitabı ABŞ-ın Dövlət Konqresi, Moskva şəhərində yerləşən Rusiya Dövlət kitabxanalarının və s. xüsusi saytlarında yerləşdirilərək oxucuların ixtiyarına verilmişdir. Və s..
İ.Ə.Nadirov (Nadirli) haqqında C.Cavadlının «Zirvələrdən ucada» mənzum romanı, «Ömürdən izlər» ədəbi toplusu, «Kəlbəcərli, İnqilablı günlərimiz» xatirələr və Əli Rza Xələflinin " Sözə gəldin" kitabları (75.75 c.v. ) çapdan çıxmışdır.
Türkiyənin “TRT AVAZ” telekanalı onun haqqında “Həyat hekayələri” 42 dəqiqəlik kino veriliş çəkərək öz saytında yerləşdirmişdir.
O, «Oktyabr İnqilabı», “Qırmızı Əmək Bayrağı», «Şərəf Nişanı» ordenləri və medalla təltif olunmuşdur. SSRİ kənd təsərrüfatı əlaçısıdır.
Ehtiyatda olan polkovnik—leytenantdır.
“Mərhəmət Elçisi” jurnalının təsisçi-direktoru: Tahirə İsmayılova