Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə həsr olunur. Müdriklər demişkən: “Xalq üçün, vətən üçün yaşanan ömür, əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səf etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insalardan biri də sözün həqiqi mənasında gözəl insan 3 saylı Şəhər Klinik Xəstəxanasının həkim tramatoloqu Ədalət Abdullayevdir. Ədalət həkim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir. Ədalət Abdullayev yüksək təcrübəli, qabiliyyəti olan Hippokrat adına sadiq olan bir həkimdir. Bütün bunlar bir daha yaxı günlərdə apardığımız jurnalist araşdırmasında öz müsbət nəticəsini göstərdi. Ədalət Abdullayevin böyüklüyü onun sadəliyinidə və insanlara insani münasibətindədir. Ədalət həkim heç zaman mənəm-mənəm deməyib. O, sadəcə öz vəzifəsini yüksək səviyyədə yerinə yetirib. Ədalət həkimin işlədiyi günü bü gündə 3 saylı Şəhər Klinik Xəstəxanasının təcrübəli həkim kollektivi ilə xalqın keşiyindədir.
ulusestv.az