Beynəlxalq Cinayət Polisi İdarəsinin (İnterpol) rəhbəri Men Hunbeya yoxa çıxıb.
“ulusestv.az” "Reuters"ə istinadən xəbər verir ki, artıq Fransa hökuməti onun yoxa çıxması ilə bağlı araşdırmaya başlayıb.
Polisə müraciət edən Hunbeyanın arvadı sentyabrın sonunda Çinə gedən ərindən bir həftədir xəbər ala bilmədiyini bildirib.
Hunbeya 2016-cı ildən İnterpolun rəhbəridir. Qurum onun itməsi ilə bağlı rəsmi açıqlama verməyib.
***
İtkin düşdüyü bilinən İnterpolun rəhbəri Çində istintaq altındadır. Bu barədə South China Morning Post mənbəsinə istinadən məlumat yayıb.
Lakin onun hazırda harada olması və saxlanılma səbəbi məlum deyil.