İordaniya kralı II Abdulla iki qardaşını və əmisi oğlunu həbs etdirib.
ULUSƏS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Express” nəşri regional KİV-lərə istinadən yazır.
Kralın qardaşları Feysəl bin Əl-Hüseyn və Əli bin Əl-Hüseyn, həmçinin qohumu, şahzadə Talal bin Məhəmməd Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ilə əlaqədə ittiham olunurlar.
Bundan əlavə, dekabrın 28-də bir neçə şahzadə İordaniya Silahlı Qüvvələrindən qovulub.
İordaniya xüsusi xidmət orqanlarının məlumatına əsasən, kralın doğma qardaşları və əmisi oğlu səudiyyəli liderlə hakimiyyət çevrilişi hazırlayırdılar.