Bakıda taksi sürücüsü qaydaları kobud şəkildə pozub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntüləri Baku TV-yə hadisə şahidləri göndəriblər.
Kadrlardan aydın görünür ki, Babək prospekti ilə hərəkətdə olan sürücü avtomobili qapısı açıq vəziyyətdə idarə edib.
Bu, digər nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaradıb.