Əgər Azərbaycan Xalq Cümhuriyyəti əsrin əvvəllərində cəmi 23 ay yaşamışdısa, əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan 17-18 aya nəinki müstəqilliyini, bütövlükdə dövlətçiliyini itirmək, parçalanmaq, dövlət kimi siyasi səhnədən silinmək təhlükəsi ilə üzləşmişdi.
90-cı illərin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün "nostalgiyası" ilə yaşamır. Düşünürəm ki, sadaladığım və tam əksəriyyətinə hələ toxunmadığım uğur və nailiyyətlərin əsasında bir vacib məqam dayanır-lider amili! Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən, ilk növbədə, onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır, milli tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər. Нər bir xalqın milli özünü təsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur.
Biz azərbaycanlılar üçünsə belə alternativsiz lider məhz Heydər Əliyevdir! XX əsr-də xalqımızın yetirdiyi ən böyük şəxsiyyət olan, ümumiyyətlə isə dünyanın ən böyük azərbaycanlısı sayılan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol Azərbaycanın alteraativsiz inkişaf strategiyasına çevrilib. Ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu fenomen şəxsiyyət, ilk növbədə, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiya halına gətirib. Ümummilli lider Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqın və dövlətin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənbşdirdi.
Ümummilli lider Heydər Əliyev həmin dövrdə məhz azərbaycançılığı milli ideya kimi irəli sürdü. Dövlət müstəqilliyinin möhkəməndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin ideyanın başlıca konturları kimi müəyyənləşdirdi. Bu ideya həm də respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri ön plana çəkdi. Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan azərbaycançılıq ideyası hər bir vətəndaşın maraqlarını özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amil kimi özünü doğrultdu.
Şövkət Babayev
Qax rayon Baytarlıq İdarəsinin rəisi[i][/i]