• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Hökumət uşaqların sosial müdafiəsi ilə bağlı qərar verib - Qaydalar

gundem / sosial / ust / manset

6-01-2018, 14:07

Hökumət uşaqların sosial müdafiəsi ilə bağlı qərar verib - Qaydalar





















Nazirlər Kabineti "Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alanların sosial müdafiəsi Qaydası”nı təsdiq edib.

Bu qayda məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan dövlət müəssisələrinə qəbul edilmiş uşaqların müəssisələrdə sosial müdafiəsi məsələlərini tənzimləyir.

Müəssisələrdə uşaqların irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə görə ayrıseçkiliyə yol verilmir. Müəssisələrdə uşaqların sosial müdafiəsinin təmin edilməsi, onların intellektual, fiziki və psixi inkişafının, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, tərbiyəsi istiqamətlərində aşağıdakı tədbirlər həyata keçirilir:

- yaş kateqoriyası nəzərə alınmaqla uşaqlar münasib şəraitlə təmin edilirlər;

- uşaqların yaşı və səhhəti nəzərə alınmaqla, qida qəbul etmək tələbatları müəssisənin tibb işçisi tərəfindən qiymətləndirildikdən sonra onlar müəyyən edilmiş qida normalarına əsasən yeməklə təmin edilirlər;

- Normalara uyğun olaraq uşaqlar yumşaq inventarlarla, geyim və ayaqqabı ilə təmin edilirlər;

- uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının inkişafını stimullaşdıran mühit yaradılır. Uşaqlar onlar üçün təhlükə yaratmayan və yaşlarına uyğun oyuncaqlarla təmin edilirlər;

- dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqramlar əsasında beş yaşına çatmış uşaqların məktəbə hazırlığı təşkil edilir;

- öz bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcılıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına köməklik göstərilir;

- uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr, yaradıcı insanlarla görüşlər keçirilir, bayram və istirahət günlərinin, tətillərin səmərəli təşkili, onların ekskursiyalara, konsert və teatr tamaşalarına, muzeylərə aparılması, ölkənin tarixinin və mədəniyyət abidələrinin öyrədilməsi təmin edilir;

- inkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara onların yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaş xüsusiyyətlərinə uyğun olaraq sosial-psixoloji və pedaqoji yardım göstərilir;

- uşaqlara tibbi xidmət göstərilir;

- yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə uşaqlara profilaktik peyvəndlər aparılır;

- xüsusi kateqoriyadan olan uşaqların sosial problemlərinin aradan qaldırılması məqsədi ilə onların müəyyən edilərək aidiyyəti üzrə yönləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Uşaqların sosial müdafiəsinin təmin edilməsi istiqamətində bu tədbirlərlə yanaşı, ixtisaslaşdırılmış müəssisələr tərəfindən müəyyən xidmətlər də göstərilir. Məsələn, sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində psixoloji-tibbi-pedaqoji komissiyaların rəylərinə əsasən uşaqlara qabaqlayıcı-inkişafedici yardım edilir, onların valideynlərinə (digər qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstək göstərilir və müvafiq məsləhətlər verilir, uşaqların funksional bacarıqlarının bərpa edilməsi, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyası, idman terapiyası və digər tədbirlər həyata keçirilir, uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə "Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli qərarı ilə müəyyən edilmiş həcmdə müavinət ödənilir. Uşaq evləri və ailə tipli kiçik qrup evlərində uşaqlara mütəmadi tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi ilə onlar müəssisənin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində qeydiyyata götürülürlər, uşaqların çətin həyat şəraitində olması, valideynlərini itirməsi, valideyn himayəsindən məhrum olması səbəbindən yaranmış psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanın yaradılması, psixoloji inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlər həyata keçirilir, uşaqların himayəyə və qəyyumluğa verilməsi üçün qəyyumluq və himayə orqanları ilə əməkdaşlıq edilir.

Müəssisələrdə uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir. Reyting.az

Oxunub: 632
Paylaş:
Digər xəbərlər

gundem / sosial / kriminal / ust / manset

5-01-2018, 10:03

Qobustan rayonu Qaracüzlü kəndində birmərtəbəli 4 otaqlı ev yanıb.

gundem / sosial / ust / manset

30-12-2017, 17:27

Bu gündən küçədə siqaret çəkənləri 30 manat cərimə gözləyir

gundem / ust / manset

3-05-2018, 10:13

Ömrünü, bütün həyatını sabahımız olan fidanların təlim-tərbiyəsinə həsr edən bir pedaqoq

gundem / manset

8-12-2017, 09:30

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

gundem / sosial / manset

7-12-2017, 09:18

Prezident yeni qurumla bağlı fərman verib

ULUSƏS TV
Baş redaktor Şamil Cəfərovun Prezident İlham Əliyevə təşəkkürü
Son xəbərlər
  • Dünən, 12:42
    Şəhid Vüsal Orucov Qusarda dəfn edilib
  • Dünən, 12:22
    IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb
  • Dünən, 12:13
    Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”
  • Dünən, 12:10
    Baş prokuror: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”
  • Dünən, 12:07
    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
  • Dünən, 12:03
    Baş Prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 30-09-2023, 16:15
    MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK
  • 30-09-2023, 12:00
    DTX: “Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”
  • 30-09-2023, 11:58
    XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
  • 30-09-2023, 11:56
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
  • 30-09-2023, 11:54
    Azərbaycan nefti ucuzlaşıb
  • 30-09-2023, 11:53
    BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”
  • 30-09-2023, 11:51
    Aydın Kərimov: “Azad olunmuş ərazilərin bərpası unikal bir keysdir”
  • 30-09-2023, 11:48
    Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı
  • 30-09-2023, 11:45
    II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü başlayıb
  • 30-09-2023, 11:42
    Azərbaycanın media nümayəndələri Cəbrayıldadırlar
  • 30-09-2023, 11:39
    Yol polisi paytaxt sakinləri və sürücülərə müraciət edib
  • 29-09-2023, 22:11
    XIZIR BABA KİMDİR?
  • 29-09-2023, 08:33
    Yaponiya “Fukusima-1” AES-dən ikinci su partiyasını oktyabrda buraxacaq
  • 29-09-2023, 08:30
    Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb
  • 29-09-2023, 08:27
    ABŞ Senatında rəsmi dres-kod bərpa edildi
  • 29-09-2023, 08:25
    “SpaceX” ABŞ Kosmik Qüvvələrini rabitə ilə təmin etmək üçün ilk müqaviləni bağlayıb
  • 29-09-2023, 08:23
    Kim Çen In Şimali Koreyanın nüvə silahı istehsalını artıracağını dedi
  • 29-09-2023, 08:21
    Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib
  • 29-09-2023, 08:19
    Plastiki parçalayan qurdlar tədqiq edildi
  • 29-09-2023, 08:17
    İspaniyada yeniyetmə məktəbdə müəllim və şagirdləri bıçaqlayıb
  • 29-09-2023, 08:04
    AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna təyinat olub
  • 29-09-2023, 08:00
    Blinken Bayden və Putin görüşü barədə: “Heç vaxt “heç vaxt” demə!”
  • 29-09-2023, 07:57
    Sumqayıtda 73 yaşlı sakin itkin düşüb
  • 28-09-2023, 14:46
    Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti
  • 28-09-2023, 11:17
    “HÖKUMƏT VƏ XALQ ÖZ MÜDAFİƏÇILƏRİNIN XİDMƏTLƏRİNİ HEÇ VAXT UNUTMAMALIDIR!”
  • 28-09-2023, 08:35
    Toxluq hissi yaradan qidalar
  • 28-09-2023, 08:33
    Nərimanov rayonunda gənc oğlanı avtomobil vurub
  • 28-09-2023, 08:31
    Dünyanın ən böyük kriptobirjası Rusiyadan gedir
  • 28-09-2023, 08:29
    Sumqayıtda 22 yaşlı qız itkin düşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə