İspaniyanın “Barselona” klubu “Liverpul”dan Filipe Koutinyonu transfer edib.
ULUSƏS “Qafqazinfo” istinadən xəbər verir ki, bu barədə “Telegraph” və “Times” qəzetləri məlumat yayıb.
Katalonların braziliyalı futbolçu üçün “Liverpul”a 160 milyon avro ödədiyi məlum olub.
Koutinyo bununla transfer tarixinin ən bahalı ikinci futbolçusu olub. O, eyni zamanda İngiltərə Premier Liqasından transfer olunan və “Barselona” tarixinin ən bahalı futbolçusu adını ələ keçirib.