Şamaxıda 23 yaşlı gənci avtomobil vurub. Hadisə dünən saat 16:00 radələrində şəhərin N.Nərimanov küçəsində qeydə alınıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbərə verdiyi ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirov Sərdar Qulu oğlu yolu keçərkən onu avtomobil vurub.
Sürücü yaralını öz avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Kəllə-beyin travması alan xəstəyə ilkin yardım göstərilib, vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.
Hadisəni törədən sürücü Şamaxı Polis İdarəsi tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.