• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Tarix : 11-01-2018, 18:53 Oxunub : 845 Bölmə :gundem / medeniyyet / ust / manset
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası




































“Təhsil millətin gələciyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu, dövlətimizin təhsillə bağlı siyasətini açıq şəkildə ortaya qoyur. Təhsil Azərbaycan dövləti üçün pirioritetdir. Çünki, Ulu Öndərin dövründə müəyyən olunan siyasi xətt və dövlət strategiyası dəyişməyib, əksinə bu gündə uğurla davam etdirilir. Millətin gələcəyinin təhsildə olduğunu ehtiva edən dövlət strategiyası müasir zamanla ayaqlaşmanın labüdlüyünü əks etdirən Təhsilin inkişafının yeni dövlət strategiyasını ortaya qoydu.
Dövlətin 2020-ci il hədəflərində təhsilin xüsusi çəkisi digər sahələrlə müqayisədə xeyli dərəcdə artıqdır. Bunu "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə yeni dövlət strategiası"nda aydın şəkildə görmək mümkündür. Bundan əlavə ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. Burdan belə nəticəyə gəlmək olar ki, bu gün dövlətin bir nömrəli strateji hədəfi insan kapitalı yaratmaqdır. Hədəf bəlli olduğu kimi istiqamətlərdə bəllidir. İstiqamətlərin müəyyən olunması bir başa məqsədə xidmət edir və bizi hədəfə dahada yaxınlaşdırır. Yeni təhsil strategiyasının məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin etməlidir. Bu məqsədə çatmaq üçün birinci növbədə ölkədə təhsilin vəziyyətini ətraflı araşdırma və daha sonra beynəlxalq təcrübə və meyilləri öyrənib analizlər aparılması labüddür. Məhz buna görədə strategiyada inkişaf etmiş ölkələrin təhsilinin öyrənilməsi və inkişafa səbəb ola biləcək mexanizimlərin ölkəmizin təhsil sisteminə tətbiq olunması ayrıca olaraq qeyd olunur.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"da ümümtəhsil məktəblərində tədris, Ali təhsilin istiqamətləri və ümümlikdə təhsilə baxış bucağının dəyişdirilməsinə zəmin yaradan hədəflər müəyyən olunub ki, buda təhsilimizdə əsaslı və sistemli dəyişikliklərin başlamasından xəbər verir. Bu o deməkdir ki, Azərbaycan Dövləti sağlam gələcək qurmaqda maraqlıdır. Dövlətin təqdirə layiq marağının təmin olunması üçün vətəndaş cəmiyyətinin üzərinədə çox böyük iş düşür. Əgər bir gələcək qurmaq amalımız varsa və buna başlamışıqsa, gər ki, proffilindən aslı olmayaraq hər kəs bu işə qol qoysun. Var olmaq amacı ilə gələcəyimizi qurmağa dəstək olaq!

NİZAMİ QASIMZADƏ QASIM OĞLU
Bakı şəhəri 272 saylı tam orta məktəbin direktoru

Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Prezidentdən təhsillə bağlı - Sərəncam

    Prezidentdən təhsillə bağlı - Sərəncam ...

    11-01-2018, 10:21

  • Uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir

    Uşaqların qayğısına qalmağı, onların fiziki və ...

    29-01-2020, 20:14

  • Təhsildə əldə edilən nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır

    Təhsildə əldə edilən nailiyyətlər Heydər Əliyevin ...

    10-02-2018, 14:07

  • Ömrünü, bütün həyatını sabahımız olan fidanların təlim-tərbiyəsinə həsr edən bir pedaqoq

    Ömrünü, bütün həyatını sabahımız olan fidanların ...

    3-05-2018, 10:13

  • Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

    Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna ...

    8-12-2017, 09:30



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

    Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!