Lənkəran Şəhər Gənclər və İdman idarəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi, “Maximum Education & Consulting” və “Xəmsə” MİO-nun dəstəyi, Lənkəran Klubun təşkilatçılığı ilə, şəhərin Bəlləbur kənd orta məktəbində Xəmsə Milli İntellektual Oyunu üzrə “Qış kuboku” nun növbəti oyunu keçirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 8 komandanın iştirak etdiyi yarışda “Zirvə” komandası birinci yeri tutaraq “Qış kuboku”nun finalına vəsiqə qazanıb.
Qeyd olunub ki, final mərhələsinin 16 məktəb arasında keçirilməsi nəzərdə tutulub.