• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bakıda vəzifəli şəxslərin evini soyan FHN-in baş leytenantı olub

gundem / kriminal / ust / manset

13-01-2018, 10:29

Bakıda vəzifəli şəxslərin evini soyan FHN-in baş leytenantı olub





















Ulusəs Qafqazinfo-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin baş leytenantı cinayətkar dəstə yaradaraq silsilə oğurluqlar törətməkdə ittiham edilir. “Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq bununla bağlı istintaq Bakı Şəhər Prokurorluğu tərəfindən tamamlanıb və bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun icraatında məhkəmə işi başlayıb.

Oğurluq maddəsi ilə başladılan cinayət işində Nicat Əliyev, Orxan Quliyev, Təhməz Əsgərov, Rişan Bayramov, Camal Heydərov və Cavid İsazadə təqsirləndirilən şəxs qismində cəlb edilib. Eyni zamanda, oğurluq olduğunu bildiyi halda həmin məhsulları, yəni 9 kondisioneri alaraq özündə saxlayan Ağarəhim Əliyev də cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakdan istifadə etməkdə ittiham edilib. C.İsazadə və A.Əliyev barəsində başqa yerə getməmək, digər 5 şəxs barəsində həbs qərarı verilib.

1992-ci ildə Lerik rayonunda anadan olan N.Əliyev bu cinayətləri törədərkən Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətində Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə inspektor vəzifəsində işləyib və baş leytenant rütbəsi daşıyıb.

Dəstənin silsilə cinayətlərinin üstü isə Səbail rayonu, Badamdar qəsəbə sakini Əbdüləzim Mustafayevin şikayətindən sonra açılıb. Onun obyektindən 9000 manat olan 9 ədəd «Bosch» markalı kondisionerlər və digər müxtəlif məişət cihazları oğurlanıb. Dəstə üzvləri cinayətlərin əksəriyyətini eyni qəsəbədə həyata keçiriblər. Zərərçəkmişlərin də bəziləri vəzifə sahibi olub.

Belə ki, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanan Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz baş gömrük idarəsinin Fəaliyyətin qiymətləndirilməsi bölməsinin rəisi vəzifəsində işləyir. Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlanan Mərahim Ələkbərov isə “Azəravtoyol” ASC-də Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis vəzifəsində işləyir. Evindən 2500 manat dəyərində məişət avadanlıqları oğurlanan Mübaris Qəhrəmanov da “Tirmə” firmasında direktor vəzifəsində işləyir. Heydər Əliyev adına liseydə ingilis dili müəlliməsi işləyiən Ayna Sadıqovanın evindən 21343 manatlıq qızıl və brilyant qaşlar oğurlanıb. “AG” bank ASC-də kommunikasiya böyük mühəndisi Azad Əliyevə məxsus evdən 12 min manatlıq qızıl-zinyət əşyaları da onların “yem”inə çevrilib.

Dəstə üzvləri bundan başqa, Əfqan İbrahimova məxsus fərdi evdən 700 manat dəyərində «HP» markalı noutbuk və ümumi dəyəri 2000 manat olan qızıl, “Dell” markalı noutbook, 100 ABŞ dolları, 100 manat, İsmayıl Dağıstanlıya məxus evdən 360 manat dəyərində 3 ədəd suvenir, Abbasqulu Tağıyevə məxsus evdən 2800 manat nəğd pul, bir ədəd qızıl saat və bir ədəd brilliant qaşlı üzük, Şahmar Bağırova məxsus evdən 750 manat dəyərində «ASUS» markalı noutbuk və içərisində 300 manat pul olan daxılı, Rəşad Əkbərova məxsus evdən 2 ədəd qızıl sep və 25 manat pulun oğurlamaqda təqsirləndirilirlər.

FHN əməkdaşı Nicat Əliyev ittiham olunduğu epizodlar üzrə ifadə verərək cinayətləri etiraf etsə də, oğurladıqları pulun miqdarı və əşyaların dəyəri ilə razılaşmayıb. O bildirib ki, gömrükçü Vüqar Əliyevin mənzilinə evin arxasından, hasarın daha alçaq yerindən Camalla birlikdə girib, Orxan isə pusquda dayanıb: “O evdən bijuteriya və 200 manat götürdük. Ayna Sadıqovanın evindən oğurluq etmək mənim, Orxanın və Camalın ortaq fikri idi. Burda da eyni qaydada hərəkət etdik, Orxan vintaçanla pəncərəni açdı, evə girdik. Ordan qızılları götürüb səhərisi gün “Moskva Univermağı”nda 3-4 min manata satdıq. O qızılların dəyəri 21 min deyildi. Azad Əliyevin evində isə Rişan və Təhməzlə girdim, ordan götürdüyümüz qızıllar da 12 minlik olmazdı. Mərahim Ələkbərovun evinə Orxanla girdim, onun ailəsindən Aidəni əvvəldən tanıyırdım. Ordan cəmi 250 manat götürdük, o evdə ümumiyyətlə qızıl yox idi”.

N.Əliyev digər epizodlarla bağlı da danışıb və bəzi hallarda qızılların dəyərinin çox aşağı olduğunu deyib.

Təqsirləndirilən şəxslərdən O.Quliyev, T.Əsgərov və C.Heydərovun himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib.

Oxunub: 463
Paylaş:
Digər xəbərlər

gundem / bolge / kriminal / ust / manset

7-01-2018, 10:41

Alpinistlərə görə bu maddə ilə cinayət işi açıldı - Rəsmi

gundem / kriminal / ust / manset

30-12-2017, 17:06

Prodüser Təranəyə cinayət işi açıldı - Fahişəliyə cəlb etməyə görə + Yenilənib

gundem / kriminal / ust / manset

26-12-2017, 08:33

Xaçmazda öldürülən iş adamının arvadı: "Qutunun biri 100 dollarla dolu idi"

gundem / ust / manset

19-12-2017, 08:55

Əli Həsənovun nəvəsinə hökm oxundu

gundem / kriminal / ust / manset

18-12-2017, 10:53

Eldar Mahmudovu 4-cü dəfə dindirdilər - 1 milyardlıq “qara pul” ittihamı

ULUSƏS TV
Baş redaktor Şamil Cəfərovun Prezident İlham Əliyevə təşəkkürü
Son xəbərlər
  • Dünən, 12:42
    Şəhid Vüsal Orucov Qusarda dəfn edilib
  • Dünən, 12:22
    IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb
  • Dünən, 12:13
    Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”
  • Dünən, 12:10
    Baş prokuror: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”
  • Dünən, 12:07
    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
  • Dünən, 12:03
    Baş Prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 30-09-2023, 16:15
    MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK
  • 30-09-2023, 12:00
    DTX: “Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”
  • 30-09-2023, 11:58
    XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
  • 30-09-2023, 11:56
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
  • 30-09-2023, 11:54
    Azərbaycan nefti ucuzlaşıb
  • 30-09-2023, 11:53
    BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”
  • 30-09-2023, 11:51
    Aydın Kərimov: “Azad olunmuş ərazilərin bərpası unikal bir keysdir”
  • 30-09-2023, 11:48
    Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı
  • 30-09-2023, 11:45
    II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü başlayıb
  • 30-09-2023, 11:42
    Azərbaycanın media nümayəndələri Cəbrayıldadırlar
  • 30-09-2023, 11:39
    Yol polisi paytaxt sakinləri və sürücülərə müraciət edib
  • 29-09-2023, 22:11
    XIZIR BABA KİMDİR?
  • 29-09-2023, 08:33
    Yaponiya “Fukusima-1” AES-dən ikinci su partiyasını oktyabrda buraxacaq
  • 29-09-2023, 08:30
    Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb
  • 29-09-2023, 08:27
    ABŞ Senatında rəsmi dres-kod bərpa edildi
  • 29-09-2023, 08:25
    “SpaceX” ABŞ Kosmik Qüvvələrini rabitə ilə təmin etmək üçün ilk müqaviləni bağlayıb
  • 29-09-2023, 08:23
    Kim Çen In Şimali Koreyanın nüvə silahı istehsalını artıracağını dedi
  • 29-09-2023, 08:21
    Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib
  • 29-09-2023, 08:19
    Plastiki parçalayan qurdlar tədqiq edildi
  • 29-09-2023, 08:17
    İspaniyada yeniyetmə məktəbdə müəllim və şagirdləri bıçaqlayıb
  • 29-09-2023, 08:04
    AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna təyinat olub
  • 29-09-2023, 08:00
    Blinken Bayden və Putin görüşü barədə: “Heç vaxt “heç vaxt” demə!”
  • 29-09-2023, 07:57
    Sumqayıtda 73 yaşlı sakin itkin düşüb
  • 28-09-2023, 14:46
    Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti
  • 28-09-2023, 11:17
    “HÖKUMƏT VƏ XALQ ÖZ MÜDAFİƏÇILƏRİNIN XİDMƏTLƏRİNİ HEÇ VAXT UNUTMAMALIDIR!”
  • 28-09-2023, 08:35
    Toxluq hissi yaradan qidalar
  • 28-09-2023, 08:33
    Nərimanov rayonunda gənc oğlanı avtomobil vurub
  • 28-09-2023, 08:31
    Dünyanın ən böyük kriptobirjası Rusiyadan gedir
  • 28-09-2023, 08:29
    Sumqayıtda 22 yaşlı qız itkin düşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə