Vaşinqtonun Suriyada “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq barədə planı yolverilməzdir.
Ulusəs-in Oxu.Az-a istinadən məlumatına görı, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.
“ABŞ terror təşkilatını qanuniləşdirən addımlar atır. Bu narahatlıq doğurur. Terrorla istənilən mübarizə aparmaq hüququnu öz üzərimizdə saxlayırıq. Bizim terror təşkilatları ilə mübarizəmiz istər ölkə daxilində, istərsə də sərhədlərdən kənarda davam etdiriləcək. Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görəcək”, - deyə Kalın bildirib.