31 Mart 1918 il soyqırımı ilə bağlı, Azərkitab mərkəzində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan, Azərkitab Mərkəzinin direktoru Sabir Həsənov açaraq bildirdi ki, 1918 ildə erməni-bolşevik silahlı birləşmələri tərəfindən Azərbaycan türklərinə qarşı baş vermiş soyqırım, 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində əsil qətliam törətmişlər. Bakıda, Qarabağda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Səlyanda, Zəngəzurda, Naxçıvanda və başqa bölgələrdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin Azərbaycan Türklərinə qarşı törətdikləri qırğın nəticəsində 15 minə yaxın insan qətlə yetirilmiş, on minlərlə isə itkin düşmüşdür. Erməni daşnaqları 1917-ci ildə hazırladıqları plana əsasən, Şimali Azərbaycanda, istər tarixi Azərbaycan torpaqlarında və Qafqazın digər ərazilərində yaşayan Azərbaycan türklərini bütövlüklə məhv edilməsi idi. Ermənilərin əsas məqsədi bir millət kimi azəri türklərinin dəhşətli soyqırımını təşkil etmək idi. Daha sonral çıxış edən "Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək" İctimai birliyinin prezidenti Tofiq Əlizadə söylədi ki, 31 Mart Azərbaycanlıların soyqırım anım günü yaxınlaşdıqca, ermənilərin tarixən, əsasən də, XX əsrin əvvəllərində və 1988-ci ildən başlayaraq, başımıza gətirdikləri fəlakətləri yenidən yaşayaraq, düşmənlərimizin insanlığa qarşı törətdikləri vəhşilikləri dərindən dərk edirdik. Bütün bu illər ərzində ermənilərin işğalçılıq siyasətinə dünyanın aparıcı dövlətləri, heç cür təsir etmək istəyində olmadılar. O da faktdır ki, ermənilər tarixən təkcə bir Azərbaycan türklərinə qarşı deyil, bütün Türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış etmiş və indi də etməkdədirlər. Ermənilər uzun illər Türkiyə ərazisində yaşasalar da, ancaq dövlətlərini XX əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına qurdular. 100 ildən artıqdır ki, ermənilər hələ də indiki Türkiyə ərazisində yeni dövlət qurmaq arzusu ilə yaşayır və bu niyyətlərini gizlətmədən gələcək nəsillərə ötürürlər. Təəssüf ki, bizlər zaman-zaman tarixin bizə ibrət ola biləcək dərslərindən nəticələr çıxarda bilməmiş, əksinə çox zaman unutqanlıq nümayiş etdirmişik. Unutqaığımızın nəticəsində isə, XX əsrin əvvəllərində və sonralar torpaq itkilərimiz, 1988-ci ildən başlamış olan Qarabağ hadisələri, Xocalı soyqırımı kimi faciələrimiz artıq göz qabağındadır. 1918-ci ilin mart ayının sonlarında erməni daşnaqları tərəfindən Azərbaycan xalqına qarşı əsil soyqırım baş verdi. Daha sonra çıxış edən natiqlər, Asif Əsgərov, Xəqani İsmayılov, Nazim Tapdıq oğlu, Mehriban Abdullayeva, şairələr Sənəm Səbael, Nəcibə İlkin, Aygün Hüseyn və başqa ziyalılar bildirdilər ki, SSR-nin süqutu ermənilərə dünyadakı havadarları ilə birləşməyə böyük imkan verdi. Odur ki, 1988-ci ildən başlayaraq Ermənistan ərazisində yaşayan soydaşlarımıza qarşı etnik təmizləmə işlərini aparmağa başladılar. Daha sonra erməni daşnaq separatçıları Dağlıq Qarabağ da torpaqlarımıza göz tikməyə başladılar. Nəticədə isə, 20 faizə yaxın torpaqlarımız erməni silahlı birləşmələri tərəfindən işğal olundu. Bu müharibə nəticəsində 20 mindən çox Azərbaycanlılar şəhid oldu. Amma şükürlər olsun ki, indi Azərbaycanın çox müasir ordusu var. Biz ordumuzun tezliklə əzəli torpağımızın erməni işğalçılardan azad olunmasını hər an gözləyirik.
AtaTv.az xəbər portalın baş redaktoru. Rasafil Bayramov.