Abşeron Rayon Təhsil Şöbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turu keçirilib. Müsabiqədə rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların natiqlik sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu Öndərin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verilməsi əsas amillərdən hesab olunur.
Müsabiqənin qalibi aprel ayında Bakıda keçiriləcək ölkə mərhələsində iştirak edəcək.