“AtaTv.az” xəbər portalına “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata əsasən xəbər verir ki, Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir. Bununla əlaqədar 24 aprel 2019-cu il tarixində gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
“AtaTv.az”