Bu gün, yanvarın 18-də, Polşanın Krakov şəhərində Azərbaycan və və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Ulusəs Oxu.Az-a istinadən xəbər verir ki, Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəklər.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq. ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü dekabrın 7-də Avstriya paytaxtı Vyanada keçirilib.