• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Mehriban Əliyeva Bakıdakı təhsil müəssisələrində mövcud şəraitlə tanış olub

Tarix : 25-04-2019, 19:02 Oxunub : 557 Bölmə :gundem / siyaset / sosial / ust / manset
Mehriban Əliyeva Bakıdakı təhsil müəssisələrində mövcud şəraitlə tanış olub


















Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasına gəlib.

Bağçanın müdiri Ellada Səlimova məktəbəqədər təhsil müəssisəsi barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib. Bildirilib ki, bu bina 1836-cı ildə tikilib. 1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu dəfə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşüb, onlarla söhbət edib, balacaların bacarıqları ilə maraqlanıb, arzularını soruşub. Uşaqlar da Birinci vitse-prezidentin ətrafına toplaşaraq böyük məmnuniyyətlə öz istəkləri ilə bölüşüblər, məharətlərini nümayiş etdiriblər, rəqs edib, mahnılar oxuyublar, şerlər söyləyiblər.

Məlumat verilib ki, 75 uşaq yerlik məktəbəqədər təhsil müəssisəsində balacaların təlim-tərbiyəsi ilə 27 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Dörd qrupdan ibarət bağçada 2 yaşdan 6 yaşadək uşaqlar tərbiyə olunur və ilkin biliklərə yiyələnirlər.

Birinci vitse-prezident yuxarı yaş qrupundakı uşaqların məktəbə hazırlığı ilə də maraqlanıb.

Ölkəmizdə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilib və ölkədə yeni bağçaların inşasına ehtiyac olduğu müəyyənləşdirilib. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya gəlib.

Gimnaziyanın direktoru Ənvər Mustafayev məlumat verdi ki, 1960-cı ildə istifadəyə verilən təhsil ocağı indiyədək heç vaxt əsaslı şəkildə təmir edilməyib. Əvvəllər internat tipli olan təhsil müəssisəsi 2010-cu ildən xarici dillər təmayüllü gimnaziya kimi fəaliyyət göstərir. İki korpusdan ibarət məktəbdə 50 sinif otağı, idman və akt zalları, emalatxanalar mövcuddur.

Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya bildirildi ki, gimnaziyada 5-11-ci siniflər üzrə tədris aparılır. Müəssisədə 609 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə təqribən 70 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Məktəbdə ingilis, ərəb, fars və rus dilləri tədris edilir.

Azərbaycanın Birinci vitse-prezidenti şagirdlərlə söhbət etdi, onlara dərslərində uğurlar arzulayaraq deyib:

“Sizdə təhsilə, elmə, biliyə həvəs var. Siz Azərbaycanın ümidisiniz, ona görə yaxşı oxumalısınız. Gələcəkdə Azərbaycanın qurucuları siz olacaqsınız. Bilirəm, sizin məktəbinizin hər zaman yaxşı göstəriciləri olub. Uğurlar arzulayıram. Sağ olun”.

Bildirildi ki, 2017-2018-ci tədris ilində məktəbi 49 məzun bitirib və onlardan 45-i Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 3 nəfər 600-dən yuxarı bal toplayıb.

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə də tanış olub.

Məktəbin direktoru Samirə Həsənova Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verdi ki, təhsil ocağı 1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun 3-cü mərtəbəsində yerləşən məktəbdə əsasən məcburi köçkün ailələrindən olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar.

Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə səmimi söhbət etdi, onlarla şəkil çəkdirib.

Diqqətə çatdırıldı ki, hazırda məktəbdə 170 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim, 10 texniki işçi məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 9 məzun bitirib və onlardan 7-si yüksək nəticə göstərərək, Azərbaycanın ali məktəblərinə qəbul olunub.

Xanım Mehriban Əliyeva Xəzər rayonunda məskunlaşan məcburi köçkünlər üçün yaradılan şəraitlə maraqlandı, dövlətin bu sahəyə hər zaman xüsusi diqqət yetirdiyini bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovna qəsəbəsindəki körpələr-evi uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verib.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki 18 nömrəli tam orta məktəbdə olub

    Azərbaycanın Birinci vitse-prezidenti Gəncədəki ...

    15-02-2019, 10:57

  • Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçası yenidən qurulacaq

    Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçası ...

    15-02-2019, 10:52

  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıdakı 1 nömrəli körpələr evinin sakinləri ilə görüşüb

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ...

    12-02-2019, 13:16

  • Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışında iştirak edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Bakının ...

    2-02-2019, 11:24

  • Mehriban Əliyeva açılışda

    Mehriban Əliyeva açılışda ...

    8-11-2018, 11:07



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

  • Vüqar Hüseynov Ad gününüz mübarək!

    Vüqar Hüseynov Ad gününüz mübarək!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!