Namiq Atabəyli Şirvani
(Keçmiş Sovet hərbi zabiti
Avrasiyaçı yazar-publisist.)
Hörmətli qələm dostlarım!
Gələn il bütün bəşəriyyət babalarımızın Alman faşizmi üzərində Böyük Qələbəsinin 75 İlliyini təntənəli surətdə qeyd edəcəkdir. Bəli, biz bəşəriyyəti faşizm taunundan xilas etmiş nəslin varisiyik və bununla fəxr edirik.
Lakin bu günkü narahat dünyamızda planetimizin bir çox guşələrində yenidən neofaşist qüvvələr baş qaldırmaqdadır. Onlar müxtəlif yerlərdə milli zəmində qaynar nöqtələr yaradır, insan qırğınları törədir, terror və iğtişaşlarla məşğul olurlar. Mən hesab edirəm ki, həmin mənfur qüvvələrə qarşı mübarizədə 1941-1945-ci illərdə Vahid Qüvvə kimi birləşmiş antifaşist babalarımızın ümumbəşəri nailiyyətlərinə sahib çıxmalıyıq!
Çağımızda baş qaldıran neofaşizmin daha bir iyrənc fəaliyyəti Böyük Vətən müharibəsində həlak olmuş şəhid babalarımızın anıt abidələrini yer üzündən silməkdən ibarətdir. Onlar bununla, qəhrəman Sovet əsgərinin (-babalarımızın) faşizm üzərində tarixi Qələbəsinin üzərindən qara xətt çəkmək istəyirlər. Böyük təəssüf hissi və sonsuz hiddətlə bildirirəm ki, son zamanlar belə qara qüvvələr mənim Vətənimdə, Azərbaycanda da fəallaşaraq öz həddini aşmış, respublikamızın Şimal bölgələrindən birində Böyük Vətən müharibəsi şəhidinin xatirəsini təhqir etmişlər...
Bu mənfur hadisə respublikamızın Quba rayonunda baş vermişdir. KİV-də oxuduğum aşağıdakı xəbər məni avrasiyaçı geosiyasi baxışlı bir yazar olaraq xüsusilə hiddətləndirmişdir: “Faşizm üzərində Qələbənin 75 İlliyi qarşısında (1945-2020) Azərbaycanın Quba rayonunda II Dünya müharibəsinin iştirakçısı, keçmiş Sovet zabiti, bəşəriyyətin Azadlığı yolunda həyatını qurban vermiş hərbi pilot Cahangir (Vladimir) Mircəfər oğlu Bağırovun xatirəsinə qarşı hörmətsizlik, deyərdim ki, ağır cinayət törədilmişdir. Uzun illər Azərbaycana rəhbərlik etmiş kommunist Mircəfər Bağırovun oğlu, Böyük Vətən Müharibəsində 8 alman təyyarəsini öz həyatı bahasına tarana gedərək məhv etmiş və cəmi 24 yaşında həlak olmuş hərbi leytenant Cahangir Bağırovun büstü yerindən götürülərək ayaqlar altına atılmışdır”.
Əziz dostlar! Bu xəbər hamı kimi məni də sarsıtdı. Bir yazıçı-publisit olaraq, XXI əsrdə bir çox ölkələrdə olduğu kimi mənim də Vətənimdə baş qaldırmış bu cür NEOFAŞİSZM meyllərinə qarşı öz hiddətli səsimi qaldırmağı lazım bildim. Bəşəriyyətin ümumi azadlıq hərəkatı sıralarında gələcək nəsillərin xoşbəxt həyatını naminə canını qurban vermiş hər bir antifaşist şəhidin xatirəsi hamımız üçün əziz olmalıdır. Onlar siyasi əqidəsindən, dinindən, millətindən, məsləkindən və coğrafi mənsubiyyətindən asılı olmayaraq, bəşəriyyəti ümumi dəyərlər sisteminə daxildir: daim əzizdir, hörmət və məhəbbətə layiqdir, müqəddəsdirlər.
Bunu heç vaxt heç kim unutmamalıdır.
Alman Faşizmi üzərindəki tarixi qələbə bütün mütərəqqi bəşəriyyətin ümumi nailiyyətidir. Dünyanın harasında baş qaldırır qaldırsın, neofaşizm qüvvələri öz cavabını almalıdır.
Mən Cahangirlə eyni yaşda 1982-1984-cü illərdə keç. SSRİ-nin cənub sərhədində Sovet zabiti olaraq, Vətənə həqiqi hərbi xidmət göstərmişəm. “Qafqaz-2” hərbi təlimi adı altında Suriyaya qarşı NATO qoşunlarının İsrail təcavüzü pərdəsi altında müharibə teatrına yollanmaq üçün SSRİ Quru qoşunlarının tərkibində İran sərhədində gərgin anlar yaşamışam.
Böyük Vətən müharibəsində mənim də hər iki babam iştirak etmiş və onlardan biri 24 yaçında Alman faşizminə qarşı aparılan Vətən müharibəsində həlak olmuşdur.
Döyüşdə ağır yaralansa da, özünün Azərbaycanda ən yüksək rəhbər vəzifədə çaqlışan atasına- Mircəfər Bağırova qəhrəman oğlunun yazdığı Məktubu əsl vətənpərvərlik nümunəsidir.
Əziz ata!
Artıq iki ay yarımdır ki, mən öz yerimdə deyiləm, havayı çörək yeyirəm – hansı ki, indi çox bahadır. Nə zaman ki, vətən təhlükədədir, onun minlərlə oğlu həyatını və qanını əsirgəmədən vətən müharibəsi cəbhələrində vuruşurlar. Mən isə xüsusən ən qızğın döyüş olan yerdə olmalıyam, çünki mən sənin oğlunam, vətənimizin oğluyam, partiyamızın oğluyam.
Əgər sən bir bilsəydin ki, mən gənc, sağlam olduğum və arxa cəbhədə oturduğum üçün insanların gözünün içinə baxmağa necə utanıram?!
Səndən xahiş edirəm, mənim cəbhəyə getməyimi tezləşdir, hər nə ilə olur olsun döyüşməyə hazıram. Mənə onların iki ay yarımdır gözlədiyim şöhrətli təyyarələri lazım deyil, mən hətta U-2-də də uçmağa hazıram, o halda da mən döyüşəcəm, işsiz qalmayacam.
Bir həftə də səbr edə bilərəm, sonra isə cəbhəyə və qarşıma çıxan birinci hissəyəcə gedəcəyəm.
Səbirsizliklə cəbhəyə göndərilməyimi gözləyirəm və sübut edəcəyəm ki, sənin oğlun öz atasına və vətəninə layiqdir.
Bərk-bərk öpürəm.
Sənin Vladimirin.
04.02.1943 "
Cahangir Mir Cəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan olub. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına göndərilib. 1938-ci ildə hərbi dəniz-təyyarəçilik məktəbini bitirmişdi. Yüksək dərəcəli qırıcı təyyarəçi “Lenin” ordeni, “Qızıl Ulduz” medalına layiq görülüb.
Джахангир Мирджафар оглы Багиров
Описание
Джахангир Мирджафар оглы Багиров, известный также под именем Владимир — советский лётчик времён Великой Отечественной войны, гвардии старший лейтенант, кавалер ордена Ленина. Сын первого секретаря ЦК КП Азербайджана Мирджафара Багирова. Первый азербайджанец, совершивший воздушный таран. Википедия
Родился: 6 октября 1919 г., Астрахань, Россия
Умер: 5 июня 1943 г., Обоянь, Россия
Bu il Azərbaycanda ölkə rəhbərinin Sərəncamı ilə Nəsimi İli elan olunmuşdur. Böyük intibah şairimiz öz həyatını işğalçı qüvvələrə qarşı ümumi mübarizədə Azərbaycan Şirvanı ilə bərabər, İran, Osmanlı, İraq və Misir xalqlarının azadlığı yolunda qurban vermişdir. Orta çağın Azadlıq mücahidi, filosof-şairi Şeyx İmadədddin Nəsiminin qutsal Divanı hər kəsi bu gün də insanlığa və hümanizmə səsləyir:
Vücudundan kənar bilmə Xudanı,
Xaliq sənsən hər görünən əşyaya.
Ey Nəsimi, söylə, axı bu gün sən
Dürdanəsən pak görünən dəryaya.
Simürğiyik bu məkansız cahanın,
Məqsədiyik Yer ilə Asimanın!
Beynəlmiləl bir ailədə yetişmiş: anası rus-Mariya, atası müsəlman- Mircəfər olan sovet zabiti, Böyük Vətən müharibəsi şəhidi hərbi pilot leytenant Cahangir (Vladimir) Bağırovun xatirəsinə hörmətsizlik göstərənlərin öz layiqli cəzasına çatdırılmasını tələb edirəm. Mən bu müracətimlə bütün yazıçı həmkarlarımı 9 May- Faşizm üzərində Qələbə Günü ərəfəsində səsimə səs verməyə çağırıram.
Bakı şəhəri, 1 May 2019-cu il.
AtaTv.az