Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Mehriban xanım Əliyevaya
Bakı şəhəri, Binəqədi rayon и, 6-cı mkr., 3205-ci məhəllə sakinləh tərəfindən
M ÜRACİƏT
Hörmətli Birinci Vitse-Prezident!
Sizləri narahatetdiyimiz üçün üzr istəyirik, lakin biz buna məcburuq, çünkibiz, məmur özbaşmaltqlarmm, onlarm qanunsuz, əsassız və rüşvətxor hərəkətlərinin "QURBANLARI" olmuşuq.
Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr. 3205-ci məhəllədə beş ədəd doqquz mərtəbəli binalar yerləşir. Həmin binalarda 600-ə (altı yüz) yaxm mənzillər vardır. Həmin mənzillərdə də orta hesabla 3000 (üç min) - 3500 (üç min beş yüz) insanlar yaşayır. Bu kooperativ binalar tərəfindən əhatələnmiş boş ərazidə Sizin tapşırığınız əsasında sakinlərin istirahəti üçün istirahət bağı salınmış, orada 200-dən (iki yüz) çox ağaclar əkilmiş, uşaqlar üçün müxtəlif növ attraksionlar quraşdırılmışdır. Artıq 6 (altı) ildən çoxdur ki, biz və uşaqlarımız həmin bağda olan normal şəraitdən istifadə etməklə istirahət edirik. Bu sizin tərəfinizdən biz ölkə vətəndaşları üçün yaradılmış bir imkandır.
Qeyd edirik ki, həmin ot örtüyü ilə örtülmüş və çoxlu sayda müxtəlif növlü ağacların əkildiyi sahədə binalan su ilə təmin edən 2000 (iki min) kub metrlik su anbarı yerləşir. Bir neçə gündür ki, bir qrup şəxslər beş ədəd doqquz mərtəbəli binaların əhatəsində yerləşan, binaları su ilə təmin edən 2000 (iki min) kub metrlik su anbarını özəlləşdirdiklərini və burada tikinti işlərinin aparacaqlarını bildirirlər. Onların bu qanunsuz hərək&tləri binanın sakinləri kimi bizim kütləvi narazılığımıza səbəb olmuşdur.
Hörmətli Birinci Vitse-Prezident!
Biz həmin binaların , həmin məhəllənin sakinləri kimi həmişə Sizlərin yanındayıq. İstər bələdiyyə, istərsə də Prezident seçkilərində həmişə Sizləri dəstəkləmişik və dəstəkləyəcəyik də. Çünki, Sizlər də həmişə biz vətəndaşların yanındasınız, qayğılarımıza qalır, əhalinin sosial problərinin yaxşılaşdırılması ilə bağlı yeni konsepsiyalar qəbul edirsiniz. Biz Sizinlə qürurhissi duyuruq.
Hörmətli Birinci Vitse-Prezident!
Əminik ki, Sizin tapşmğınız əsasında sakinlərin istirahəti üçün salınmış istirahət bağı, orada əkilmiş 200-dən (iki yüz) artıq ağaclar uşaqlar üçün quraşdırılmış mtixtəlif növ attraksionlar sökülməyəcəkdir. Artıq 6 (altı) ildən çox toir müddət ərzində biz və uşaqlarımız istifadə etdiyimiz həmin bağdan bundan sonra da rahat və normal şəraitdə istifadə etməklə istirahət edəciyik. Hesab edirik ki, S/z/ərə etdiyimiz müraciətdən sonra bu barədə obyektiv və ədalətli araşdırılma apanlacaq, beş ədəd doqquz mərtəbəli binaların əhatəsində yerləşən, binaları su ilə təmin edən 2000 (iki min) kub metrlik su anbarını qanunsuz olaraq satan şəxs/ər barəsində qanuni tədbirlər görüləcəkdir.
Tərəfimizdən etdiyimiz müraciətə qanuni və ədalətli formada baxılmaqla köm&k edəcəyinizə ümid edirik. Sizlərə öncədən minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Binəqədi rayonu, 6-c/ mkr., 3205-ci məhəllənin sakinləri: