Xırdalanda yerləşən AAAF Park yaşayış kompleksinin sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər.
Ulusəs-in Oxu.Az-a istinadən xəbərinə görə, aksiyadan görüntülər sosial şəbəkələrdə və yerli KİV-də yayılıb.
Bildirilir ki, sakinlərin narazılığına kompleksə daxil olan binalarda işıq və qaz olmaması səbəb olub.
Aksiya iştirakçıları “AAAF Park” rəhbərliyinin ofisi qarşısına toplaşıb, eləcə də Xırdalan yolunu bağlayıblar.