Madridin “Real” klubu İspaniya çempionatının 20-ci turu çərçivəsində doğma meydanda “Deportivo” komandasını darmadağın edib.
“Santyaqo Bernabeu”da keçirilən qarşılaşma kral klubunun 7:1 hesablı qələbəsi ilə başa çatıb.
“Real”ın heyətində Qaret Beyl, Kriştiano Ronaldo və Xose İqnasio Naço dubla imza atıb, daha bir dəfə isə Luka Modriç fərqlənib. Qonaqların heyətinsə Andrian Peres adını tabloya yazdırıb.
Hazırda kral klubu turnir cədvəlində 35 xalla dördüncüdür. “Deportivo” isə 16 xalla 18 pillədə qərarlaşıb