2017-ci ilin dekabr ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 0,8 faiz ucuzlaşıb, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 4,0 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ay ərzində poçt və kuryer, həmçinin rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.