Türkiyə ordusunun əsgərləri artıq Suriya sərhədlərini keçərək, Afrində quru əməliyyatına başlayıb.
Ulusəs-in Oxu.Az-a istinadən xəbərinə görə, bölgə ABŞ-ın “əlbuyruğu” olan PKK-YPG ilə İŞİD-dən təmizlənəcək və artıq “təmizlənmə əməliyyatı”na da start verilib.
Qeyd olunur ki, Türkiyə ordusuna məxsus top və tanklar bölgənin “Kandil” kimi bilinən və yeraltı tunellərin, silah depolarının “bol” olduğu Parsa Dağını yerlə bir edib.
Beləliklə, YPG-nin əlindəki doqquz kənd terrorçulardan təmizlənib və geri alınıb.