Saatlıda 82 yaşlı kişi intihar edib.
ulusestv.az Oxu. Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndində baş verib. Kənd sakini, 1937-ci il təvəllüdlü Əhədov Əbdülhəsən Abduləli oğlu axşam saatlarında tövlədə özünü asaraq intihar edib. Onun ipdən asılmış meyiti yaxınları tərəfindən aşkar edilib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.