Gəncə şəhərində intihar hadisəsi baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, şəhərin Totanlı küçəsi, ev 123 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Qasımov Ramil Saləddin oğlu yaşadığı evdə özünü kəmərlə asıb.
Məlumata görə, R.Qasımov uzun müddət xəstəlikdən əziyyət çəkib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.