Xalq artisti Aygün Kazımova həmkarı Faiq Ağayevlə küsülü olduqlarına dair yayılan məlumatlara aydınlıq gətirib.
A.Kazımova Oxu.Az-a açıqlamasında Faiqlə dost olduqlarını deyib:
“Yox, bu yanlış informasiyadır. Deyilənlərə inanmayın. Faiq mənim dostumdur. Bizim münasibətimiz davam edir”.
Xatırladaq ki, bundan əvvəl izləyicilərin əksəriyyəti Xalq artisti Faiq Ağayevin “Facebook” hesabında yazdığı “Onun kimisən - göylərdə uçan quşlara da borclusan, hallı-qallı. Heç kimə maraqlı deyilsən, amma tiryək udub, hələ də özünə “kraliça” deyirsən, zavallı” statusunun A.Kazımovaya ünvanlandığını zənn edirdilər.
Lakin F.Ağayev bu iddiaları inkar etmiş, müğənni ilə münasibətlərinin əla olduğunu demişdi.