Türkiyənin Diyarbakır və Şanlıurfa şəhərlərinin zəngin ailələrinin toyu səs-küy yaradıb.
Şanlıurfalı Mehmet Emin Bucakın qızı Zəhra diyarbakırlı iş adamı Hacı Tekin Çiçəyin oğluna ərə gedib. Oteldə baş tutan toya təxminən 2 min nəfər qatılıb. Mərasim zamanı gəlinə 5 kiloqram qızıl, 500 min lirə pul hədiyyə olunub.
Qızıllar gəlinə ağırlıq etdiyindən və qolunda yer qalmadığından çantaya qoyulub. Toy daha sonra davam edib.