Sumqayıt Cümə Məscidinin əməkdaşı Kərbəlayı Arazın qardaşı dünyasını dəyişib. Doğrusu bu xəbəri eşidəndə ürəyimdən bir gizilti keçdi. Beş gün, on gün bundan əvvəl sağıydı, həyatdaydı, yaşamaq üçün çırpınırdı, sağalmaq üçün həkimlərin qapısını döyürdü. Ancaq indi... çox təəssüf... Ömrü çox qısa oldu Allahverdi qardaşımızın. Cəmi 55 il yaşadı, 55 il. Bir insan ömrü üçün 55 il nədir ki?! 55 bahar, qış, payız gördü. Ömrünün son günlərində isə 55 min dərd yaşadı, ağrı-acı yaşadı. Həyat nə qəribədir, dünən vardır, bu gün yoxdu, dünən həyatdaydı, bu gün həyatda yoxdu. Dünən oturduğu stolda bu gün başqası oturur, dünən yürüdüyü yollarda bu gün başqaları yürüyür. Heç elə bil yoxsanmış kimi, bu həyata gəlməmişsən kimi yoxsan. Torpağın üzü soyuqdur deyirlər, bu həqiqətən də beləymiş. Torpağa qoyuldun, deməli yoxsan... İnsan belə ağır gündə təsəlli üçün söz tapa bilmir. Məgər qardaş itirmiş bir qardaşı təsəlli etməyə bu dünyada söz tapmaq olar?! Allah səbir versin, torpağı bol, məkanı cənnət olsun!
ALLAH RƏHMƏT ELƏSİN!
ulusestv.az saytının rəhbərliyi adından Şamil Məmmədəlioğlu