İnsanları gülərüzlə qarşılamaq, onları səmimi dinləmək xoş sözlərlə onların sağlamlığı ilə maraqlanmaq, lazımı tibbi məsləhətlər vermək bəzən ən güclü dərmanlardan da kefiyyətlidir. Belə ki, bu nəcib xüsusiyyətlərə, yüksək insanı kefiyyətlərə malik və arzumu bildirməyi özümə mənəvi borc bildim.
Müharibə veteranları Respublika xəstəxanasına müalicə üçün göndərilmişdim. Ilk dəfə xəstəxanada məni qəbul edən üzü nurlu, xoş xasiyyət və öz Hippokrat adına sadiq qalan şöbə müdiri həkim Səfər Şabanov qəbul etdi. O, xoş rəftarı ilə sağlamlığımla maraqlanmaqla, lazımı tibbi göstərişlər verir və diaqnozun düzgün qoyulur və təmənnasız göstərilən tibbi xidmət öz müsbət nəticəsini göstərməkdədir. Şəraitə uyğun xəstəxanada veteranlara lazımı xidmət göstərilir. Belə ki, tibb bacılarından Xoşqədəm xanım və Lalənin əməyini xüsusi qeyd etmək lazımdır.
Onlara təşəkkürümü bildirməklə, Ulu tanrıdan, sağlamlığımızın keşiyində duran şərəfli peşə sahiblərinə uzun ömür, mənalı həyat tərzi arzu edirəm.
Əmək veteranı blğə müxbiri Soltanağa Cəfərov