Neftçalada ölümlə nəticələnən qəzanın bəzi təfərrüatı bəlli olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəzada xəsarət alan rayonun Aşağı Qaramanlı kənd sakini, 1954-cü il təvəllüdlü Fərəcova Qızqayıt Yusif qızıdır.
O, sürücü Röyal Fərəcovun anasıdır. Ölən Toğrul Fərəcovun da onların qohumu olduğu bildirilir.
14:37
Neftçalada qəzada ölən şəxsin kimliyi müəyyənləşib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu, Neftçalanın aşağı Qaramanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğludur.
“Mercedes” markalı maşını 1984-cü il təvəllüdlü Fərəcov Röyal Təvəkkül oğlu idarə edib.
14:12
Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.
10-XR-605 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşın idarəetməni itirərək yolun kənarına aşıb.
İlkin məlumata görə, qəza zamanı bir nəfər hadisə yerində həyatını itirib. Yaralılar var.
Faktla bağlı araşdırma aparılır.