Ukraynada bazar günü, iyulun 21-də Ali Radaya növbədənkənar seçkilər keçiriləcək.
“İnterfaks” bildirir ki, Ali Radanın yeni tərkibi səkkizinci çağırışın parlamenti kimi qarışıq sistem üzrə seçiləcək.
Ukrayna ərazisində Kiev vaxtı ilə 08:00 (Bakı vaxtı ilə 09:00-da) seçki məntəqələri açılacaq.
Ukraynalılar cari seçki sisteminə əsasən, 450 xalq deputatının yarısını çoxmandatlı seçki dairəsində siyasi partiyaların siyahısı üzrə (proporsional hissəsi), digər yarısını isə birmandatlı seçki dairələri (mojitar hissəsi) üzrə seçirlər.