Beyləqan rayonunun Sarısu qəsəbəsində tövlə yanıb.
ulusestv.az Oxu.Az-a istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 250 kvadratmetr olan tövlənin yanar konstruksiyaları və yaxınlıqda yığılan 50 ton ot bağlamasının 15 tonu zərər görüb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.