Gəncədə yaşlı qadın hovuzda boğulub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Çarıqçılar küçəsi, ev 60-da qeydə alınıb.
Şəhər sakini, 1944-cü il təvəllüdlü Nafilə Məmmədova həyətyanı sahədəki su hovuzunda boğularaq ölüb.
Hadisə zamanı evdə onun yaxınlarından kimsə olmayıb.
Faktla bağlı araşdırma aparılır.