Beyləqan rayonunda bədbəxt hadisə baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Çəmənli kəndində qeydə alınıb.
Kənd sakini, 30 yaşlı Əsgərov Əsgər evdə təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.