Azərbaycanın dilbər güşələrindən biri-Şimalımızın bəzəyi,Yaşıllığa qərq olmuş,Xəzərin dalğalana sədası ilə səhəri açan gözəl bir diyar-Nabran.Talehin qisməti ilə bu gözəl diyara səyahət etdim.Doğma Masallımızdan yaxın dostum Zöhrab müəllimlə 14.08.2019 cu il Tarixində şimalımızın əvəzedilməz güşəsi Nabrana 5 saatlıq yol etdik.Yolboyu doğrudan da Ulu Tanrının doğma Azərbaycana bəxş etdiyi hüsünkar təbiətə tamaşa olduq.Yaşıl meşələrin ahəngdar pıçıltı səsini duya-duya Təhsil istirahət mərkəzinə çatdıq.İnzibatçı Zahid Babayev tərəfindən Mehribanlıqla qarşılanıb yerləşdik.Burda hər şey gözəl idi.Yaşıllığa qərq olmuş”Təhsil istirahət mərkəzi” təbiət öz möcüzəsini sanki buraya bəxş etmişdir.Gələn turistlər hamısı bir-birinə mehriba,tanımasalarda bir-birinə salamlaşmadan adamın yanında keçməzlər.Turist obyektinin iş rejimi elə qurulmuşdur ki,turistlər “burada istirahət üçün bütün lazımı şərait yaradılmışdır”.Otaqlar təmiz müasir avadanlıqlarla,televizor,kondisoner,duşla,turistlərin istifadə edəcəyi bütün vasitələrlə təhsis olunmuşdu.İstirahət mərkəzinin bütün işçiləri səmimi olmaqla,demək olar ki,bütün turistlərin istək və arzularını yerinə yetirərlərdi.Bu şəraiti yaratdıqları üçün “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına”və istirahət mərkəz rəhbərliyinə öz təşəkkürlərimi bildirirəm.
Soltanağa Cəfərov. AJB-nin üzvi