İnsan həyatda arzularla yaşayır, arzulardan arzular doğurur, arzular həyata keşdimi, sonra daha yenisi yaranır, ümumiyyətlə həyat arzularla davam edir. Şərəfli peşə sahibi olmaq hər bir insanın ümdə arzusudur, bu sənət insanlara xeyir verən nəcib, şərəfli olanda daha tez nəzərə çarpır. Həkimlər demək olar ki, həyatını, sağlamlığını, insanların həyatda sağlam tərzdə yaşamasına sərf edirlər. Bundan məsuliyyətli, bundan ülvi nə iş ola bilər. İşində məsuliyyətli çalışan həkimlərdən söz edərkən bir anlıq 10 saylı birləşmiş şəhər xəstəxanasında çalışan həkim personalı göz önünə gəlir. Bu yaxınlarda yolumu 10 saylı birləşmiş şəhər xəstəxanasına salmışdım. Xəstəxanada gördüyüm münasibət həkim mehribançılığı peşəkar baxımından xəstələrə keyfiyyətli dəqiq diaqnozun qoyulması içimdə bir rahatlıq tapdı. Bu rahatlıq altında peşə fəaliyyəti məni burda da rahat buraxmadı. İstər-istəməz özümdən asılı olmayaraq gördüyüm mehribançılıq yüksək səviyyədə xəstələrə müayinənin aparılması mənə hərtərəfli bir xas olan ovqat bəxş etmişdir. Gözümdən qaçmayan nizam-intizam, xəstələrə göstərilən səmimi münasibət beynimdə belə bir cümləni formalaşdırdı. Həkimin müayinə və müalicəsindən çox onun şirin dili səmimiyyəti hər bir xəstəyə böyük məlhəmdir. Belə bir səmimiyyəti 10 saylı birləşmiş şəhər xəstəxansının terapiya şöbəsinin müdiri Mübariz Abbasovla görüşdük. Mübariz Abbasovun xeyirxah insanlığı, peşəsinə məhəbbəti həkim kollektivi arasında böyük nüfuza malik olması məni də valeh etmişdir. Mübariz həkimlə söhbət apararkən sadaladıqlarımın bir daha şahidi oldum. 10 saylı birləşmiş şəhər xəstəxanasında olduğum müddətdə xəstəxanaya gətirilən xəstələr həkimlər tərəfindən müayinə keçir, tam kursda müalicə olması, xəstələrə göstərilən mehribançılıq məni bir daha ruhlandırdı. Bütün bunlar xəstəxanada çalışan savadlı həkimlərin personallığının yüksək səviyyədə olmasından xəbər verir. Mübariz həkim insanların sağlamlığının keşiyində möhkəm əzmlə dayanmağı bacarır. O, həyatının hər bir anını xəstə insanların sağalmasına sərf edir, zəhməti isə boşa getmir. O, zəhməti hesabına bir çox uğurlar əldə edib. Saysız-hesabsız xəstə insanların sağalmasında böyük əməyi olub. Ümidsiz xəstə insanların həyatına sevinc qığılcım səpib. Həyatdan küskün olan xəstə insanları ikinci həyatı qaytarıb. Mübariz həkimin çalışdığı şəhər xəstəxanasında dərin hörmətini və rəğbətini qazanıb. Xəstəxanada olduğum müddətdə xəstələr tərəfindən terapiya şöbəsinin müdiri Mübariz Abbasovun ünvanına söylənən fikirlər onlara göstərilən diqqət və qayğıdan razılıq məni də bir insan kimi sevindirdi. Mübariz Abbasovun ünvanına söylənən fikirlərlə bağlı olaraq qəlbimdən belə bir deyim keçdi. Nə yaxşı ki, yaxşılar yaşayır.
Mübariz həkim Sizə uzun ömür, cansağlığı, çətin və şərəfli peşənizdə uğurlar arzulayıram.
Şamil Məmmədəlioğlu[i][/i]