• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Gömrük kapitanı işdən azad edildi

Tarix : 3-02-2018, 14:41 Oxunub : 757 Bölmə :gundem / siyaset / ust / manset
Gömrük kapitanı işdən azad edildi


















Dövlət Gömrük Komitəsi İrandan ölkəmizə toyuq ətinin gətirilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

Ulusəs-in “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Komitənin açıqlamasına görə, 2016-cı ilin dekabr ayından etibarən İrandan ölkəmizə toyuq ətinin idxalına qadağa qoyulub, miqdarından və təyinatından asılı olmayaraq bu ölkədən toyuq ətinin gətirilməməsinə gömrük orqanları tərəfindən ciddi nəzarət edilir.

Məlumatda istinad edilən gömrük əməkdaşının dedikləri isə, ümumiyyətlə həqiqətə uyğun deyil. Üstəlik xidmətdə yol verdiyi nöqsanlara görə həmin şəxs barəsində dəfələrlə intizam tənbehi tədbirləri tətbiq edilib. Belə ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Dövlət Gömrük Komitəsinin 22 sentyabr 2017-ci il tarixli əmri ilə Rövşən Vəliyevə töhmət elan edilib, "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə nəzərdə tutulan prinsip və qaydalara əməl etməyərək, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə 9 yanvar 2018-ci il tarixli əmrlə Rövşən Vəliyevin xüsusi rütbəsi bir pillə aşağı salınıb.

Komitənin müvafiq strukturları tərəfindən aparılan araşdırmadan da məlum olub ki, bütün bunlardan nəticə çıxarmayan Biləsuvar Gömrük İdarəsinin yol vergiləri bölməsinin böyük inspektoru, gömrük xidməti kapitanı Rövşən Vəliyev "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin 4.4-cü və 4.5-ci bəndlərinin tələblərinə əməl etməyərək vəzifə təlimatı ilə müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan işlə məşğul olub, xidmət etdiyi gömrük orqanının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitəsinin nümayəndəsinə verdiyi müsahibədə öz şəxsi mülahizələrinə əsaslanan fikirlər səsləndirib. Onun bu hərəkəti ictimaiyyətə doğru olmayan məlumatın çatdırılmağına səbəb olub, bununla da o, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozub.

Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini dəfələrlə təkrarən pozduğuna görə Dövlət Gömrük Komitəsinin 2 fevral 2018-ci il tarixli əmri ilə Biləsuvar Gömrük İdarəsinin böyük inspektoru, gömrük xidməti kapitanı Rövşən Vəliyev "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilib və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilib.

Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? - Aydın Əliyevdən reaksiya

    Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? ...

    20-01-2018, 09:57

  • Ölkəyə avtomobil gətirənlərin nəzərinə! - Gömrük rüsumu artdı

    Ölkəyə avtomobil gətirənlərin nəzərinə! - Gömrük ...

    2-01-2018, 17:36

  • Bu gündən Azərbaycanda yeni gömrük rüsumları tətbiq olunacaq

    Bu gündən Azərbaycanda yeni gömrük rüsumları ...

    1-01-2018, 11:36

  • Rövşən Lənkəranskinin gömrük polkovniki olan qardaşı vəzifəsindən azad edildi – Türkiyədə həbs olunmuşdu

    Rövşən Lənkəranskinin gömrük polkovniki olan ...

    17-12-2017, 10:27

  • Bu məhsullar gömrük rüsumundan azad ediləcək - YANVARIN 1-DƏN

    Bu məhsullar gömrük rüsumundan azad ediləcək - ...

    10-12-2017, 16:51



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

  • Vüqar Hüseynov Ad gününüz mübarək!

    Vüqar Hüseynov Ad gününüz mübarək!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!