Madridin “Real” futbol klubunun hücumçusu Kriştianu Ronaldı İspaniya çempionatının 22-ci turunun “Levante”yə qarşı keçirilən matçında operatordan onu deyil, oyunu çəkməyi xahiş edib.
Operatorla insident futbolçunun meydançadan əvəzləndiyi 82-ci dəqiqədən sonra baş verib.
“Məni niyə çəkirsən, kameranı çevir və oyunu çək. Diqqətini oyunda cəmlə!”, - deyə, Ronaldu operatora bildirib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.