Lənkəranın ucqar Gəgiran kəndində torpaq sürüşməsi baş verib.
Bu barədə sözügedən kəndin orta məktəb müəllimi Həbib Əlizadə məlumat verib.
O, yolun şəkillərini də öz səhifəsində paylaşıb.
***
Lənkəran şəhəri Gəgiran kənd yolunda baş verən torpaq sürüşməsi hələ də davam edir. Bu barədə “Qafqazinfo”ya məlumatı Lənkəran şəhər İcra Hakimiyyətinin Gəgiran kənd ərazi üzrə icra nümayəndəsi Şamil Mirzəyev verib.
O bildirib ki, yolun 30 metr hissəsində çökmə olub. FHN-in regional idarəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 48 nömrəli istismar idarəsinin nümayəndələri hadisə yerində olub, baxış keçirib. Eyni zamanda İcra Hakimiyyəti də aidiyyatı qurumlara hadisə ilə bağlı məlumat verib. Törpaq sürüşməsi hazırda da davam edir. Sürüşmə baş verən ərazidə evlər olmadığından, sakinlərə hər hansı bir maddi zərər dəyməyib.