Təhsil elə bir sahədir ki, hər bir ailəyə aidiyyatı var. Bəlkə elə buna görədir ki, elə ən çox tənqid olunan sahə də təhsildir. Çünki təhsil hər an gözümüzün önündədir.Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır.
İLK MÜSAHİBİM...
(Sumqayıt şəhərində yaşayan bir tanış valideyinin dediklərindən)
“Mənə görə, indi məktəb seçimi ən çətin məsələlərdəndir. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Sumqayıtda bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Ancaq mən seçimimi etmişəm. Övladım Sumqayıt şəhəri 11 saylı tam orta məktəbdə təhsil alır. Tam əminliklə deyə bilərəm ki, orada təhsilin keyfiyyətindən tutmuş, tədris, təlim-tərbiyə, müəllimlərin ciddi tələbkarlığı, onların şagirdlərə yanaşmasına qədər hər şey yüksək səviyyədədir. Şəxsən bu göstəricilər məni qane edir. İndi valideynlərin ən çox şıkayətləndiyi məsələ uşaqların məcburən dərs oxumasıdır. Bu məktəbdə isə təhsil alan şagirdlərə bunun üçün heç bir məcburi üsul tətbiq edilmir. Məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün dost-tanışların fikirlərinə rəğmən onu deyə bilərəm ki, mən uşaqımın təhsil aldığı yerdən çox məmnunam. Bu məsələdə Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin direktoru İlhaə Həsənli böyük əməyi var. Buna görə İlahə müəlliməyə ancaq və ancaq təşəkkür edirəm. Orada əsl təhsil ab-havası var. Və övladlarının təhsilindən narazı olan dostlara Sumqayıt şəhəri 11 saylı tam orta məktəbi tövsiyə edirəm”.
İLK TANIŞLIQ...
Sumqayıtda qabaqcıl və nümunəvi təhsil ocaqları çoxdur. Sevindirici haldır ki, onların sırasında Sumqayıt şəhəri 11 saylı tam orta məktəbi qabaqcıllardan sayılır. Bu ümumtəhsil müəssisəsi sözün həqiqi mənasında Sumqayıtda uğurları ilə öyünən təhsil ocaqlarındandır. Burada təhsilin keyfiyyəti, nizam-intizam yüksək səviyyədədir. Təhsil müəssisəsində bilikli və təcrübəli müəllimlər çalışır, onlar bacardıqlarını öz şagirdlərindən əsirgəmirlər.
Məktəb çox səliqəlidir. Sinif otaqları təzə parta, stol və stullarla, dərs ləvazimatı ilə təchiz olunub. Otaqlarda hər bir fənnə aid lövhələr asılıb. Ümumi zalın divarında isə milli qəhrəmanlarımızın portretləri, "20 Yanvar", Xocalı faciəsi ilə bağlı fotolar asılıb. Yeni dərs ili ilə əlaqədar həmin Məktəbdə olduq. Bir jurnalist kimi həmin məktəbin qayğıları, sosial problemləri ilə maraqlandıq. Artıq şagirdlərin yeni dərs ili başlayıb. Bir qrup valideynin dediyinə görə, İlahə müəllimə nə qədər mehriban, səmimi görunsə də, bir o qədər də ciddidir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, olduqca tələbkardır. Ona görə də Məktəbdə nizam-intizam yüksəkdir.
Direktor bizi təhsil ocağı ilə tanış edərək dedi:
"Məktəbdə adətən şagirdlərin davamiyyəti yüksəkdir. İcazəsiz dərsdən qalmaq və gecikmə hallarına yol verilmir. Dərslərinə zəif hazırlaşan şagirdlərin valideynləri ilə mütəmadi görüşlər keçirir və bu haqda onlara məlumat veririk. Fənn müəllimlərimizin və valideynlərin köməyi ilə yaxşı oxuyan və əlaçı şagirdlər daha çoxdur. Hər il olduğu kimi, bu il də məzunlarımız yüksək balla ali təhsil ocaqlarına qəbul olunub. Məktəbimiz ali məktəblərə qəbulolunma göstəricilərinə görə ön sıralardadır. Qazandıgımız bu yüksək nəticə müəllim və şagird kollektivini daha da ruhlandıraraq dərsin keyfiyyətinə, şagirdlərin biliklərinin artırılmasına müsbət təsirini göstərib. Onu da qeyd edim ki, bu il qəbul fəaliyyətimiz yüksək olub".
Məktəbdə təhsilin bütün pillə və səviyyələrində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas prinsip olaraq götürülür. Təlim-tərbiyə prosesimiz zəngin ənənələrimizə, milli-mənəvi və ümümbəşəri dəyərlərə əsaslanır.
Bəli, ömrünü balalarımızın işıqlı sabahı yolunda şam kimi əridən təcrübəli pedaqoq İlahə Həsənli xərclədiyi bu illərdə təkcə müəllim kollektivinin deyil, eyni zamanda şagirdlərə əsl müəllim qayğısı göstərdiyinə görə onların əzizinə, doğmasına çevrilmişdir. Onun gərgin fəaliyyəti geniş və ürəkaçandır.
YAZIYA KİCİK SÖZARDI:
Yol boyu ikirləşirəm ki, 45 dəqiqə ərzində şagirdlərə biliyi, informasiyaları çatdıra bilmək əsl fədakarlıqdır. Azərbaycan dilinin incəliklərinə vararaq onları şagirdlərə təqdim etməsi mənə vaxtilə Heydər Əliyevin ana dilimizlə bağlı dediyi fikirləri xatırlatdı: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Düşünürəm ki, biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur. Belə müəllimlər çoxaldıqca təhsilin səviyyəsi zaman-zaman yeni inkişafa qədəm qoyur. Bu yerdə türk dünyasının görkəmli filosofu Əbu Turxanın da fikirlərinə istinad etməyə bilmirəm: “Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar”. Bu fikirləri ən çox təhsil sahəsində çalışan bilikli, təcrübəli müəllimlərə aid etmək daha doğru olar. Çünki müəllim cəmiyyətin sütunudur. O, nə qədər bacarıqlı, istedadlı, peşəsinə sədaqətli olsa gələcəyimizdən arxayın ola bilərik. Bütün bunların bariz nümunəsi təcrübəli pedaqoq İlahə Həsənli direktoru olduğu Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin timsalında gördüm. Bu fikirləri ifadə etməkdə məqsədim budur ki, qoy təhsil sahəsində çalışanların hər biri bu məktəbin uğurlarından xəbərdar olsun. Mən də məktəbin bütün kollektivinə, müəllim kontingentinə cansağlığı və uğurlar arzulayıram!
ulusestv.az