Son günlərdə Xəzər rayonu 285 saylı körpələr evi-uşaq bağçasında baş verən neqativ hallar barədə bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə adı cəkilən bağçada olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.
Qeyd edək ki, Xəzər rayonu 285 saylı körpələr evi-uşaq bağçasında faktiki olaraq vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, burada durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur. Bir az özünə əziyyət verib bağçaya təşrif buyurmaq kifayətdir.
Yox, əgər bəzi həmkarlarım buraya gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.
Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün ədalətl mövqe lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.
Bu gün Azərbaycanda məktəbəqədər təhsil sahəsində da inkişaf nəzərə carpmaqdadır. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin son zamanlar bu mühüm sahəyə göstərdikləri uğurlu siyasətin məntiqi nəticəsidir. Bağçada olarkən müəllimlərin fidanlarımıza olan isti münasibəti, burada hər cür təhsilə olan yüksək səviyyədə qayğı bizdə xoş təəssurat yaradır. Müəllimlər və tərbiyəçilər deyir ki, Səidə Xudiyeva bağçaya müdir təyin edildikdən sonra burada təmir işləri aparılıb, körpələrə yüksək səviyyədə xidmət göstərmək üçün bağçada hər cür şərait yaradılıb. Köhnə avadanlıqlar yeniləri ilə əvəz olunub. Sağlam mühit yaradılıb. Bağçaya müraciət edən valideyinlər burda xoş təəsuratla ayrılırlar.
Bəli, bu gün Bakı şəhəri Xəzər rayonu 285 saylı körpələr evi-uşaq bağçası kollektivinin qazandıgı ugurlarda məhz müdir Səidə Xudiyevanın əməyi böyükdür. Səidə xanım elə insanlardandır ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik.
Bəzi KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Əsl ziyalı olan bir müəlliməyə qarşı belə münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Xəzər rayonu 285 saylı körpələr evi-uşaq bağçasının müdiri Səidə Xudiyeva şəhər əhalisi tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
Şər-böhtanla məşğul olan insanlar düşünsünlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir. Xəzər rayonu 285 saylı körpələr evi-uşaq bağçasının müdiri Səidə Xudiyevanın müəllim nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri əvvəl-axır faş olunacaq. Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi qəlbiqara adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Səidə müəlliməni nüfuzdan salmağa çalışırlar, amma bu alınmayacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” coxsaylı Bakı əhalisini əvəz edə bilməz. Getdik, gördük və yazırıq. DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ...
ulusestv.az