“Keşlə” klubunun braziliyalı legioneri Denis Silva Kruz sosial şəbəkədəki hesabında azarkeşlərdən narazılıq edib.
Ulusəs-in Oxu.Az-a istinadən xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi onun xanımına “Facebook”da yazılan mesajlardan bezdiyini bildirib:
“Mən təmənnasız mesajlardan yorulmuşam. Uzun illərdir buradayam və Azərbaycanın çörəyini yeyirəm deyə bəzi insanlar düşünür ki, mənim həyatımı hamıya açmaq öhdəliyim var. Onlar məni incitməyə məcbur deyillər, mənim həyat yoldaşım və qızımı incitməməlidirlər! 10 ildir ki, burda yaşayıram və həmişə hər şeyə və hamıya hörmətlə yanaşmışam. Ən azı mənim həmin insanlardan istədiyim şey də budur”.
Qeyd edək ki, Denis Silva 2008-ci ildə ölkəmizə ayaq basıb. O əvvəllər “Xəzər Lənkəran” və “Neftçi”də də çıxış edib.