Namiq Atabəyli
(Avrasiyaçı yazar-publisist)
Mehriban Əliyeva:
Avrasiya geosiyasətinin yeni qadın lideri…
Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban bəyim Əliyevanın Azərbaycan dövlətinin ikinci rəsmi siması kimi Moskvaya 21-24 noyabr (2019) tarixli ilk səfəri çox mühüm beynəlxalq hadisə sayılan Faşist Almaniyası üzərində Avrasiya xalqlarının böyük zəfərinin 75 İlliyi ərəfəsində baş vermişdir.
Bu tarixi səfərə dünya ictimai fikrində müxtəlif yanaşmalar oldu, heç şübhəsiz ki, bunlar da gözlənilən idi… Xaricdən idarə edilən müxalif KİV nümayəndələrinin “fikirləri” barədə sonra… Mənim diqqətimi çəkən xarici informasiyalar arasında Rusiya informasiya agentliyi TASS-ın baş direktoru keçmiş həmyerlimiz Mixael Qusmanın: mwasir dwnyada “heç də hər kəsin görüşü belə zəngin proqram xarakterli olmur” qiymətləndirməsidir. Həqiqətən, bu cür fikirlərdən sonra ABŞ-ın “Eurosianet” informasiya portalının Mehriban Əliyeva barədə “Zaqafqaziya kraliçası” kimi epitetlərini təsadüfi saymaq da insafdan deyil. Bu sıradan Ermənistan KİV-lərində Boqdan Atanesyanın https//.aycor.am saytında yerləşdirdiyi “Вопрос рокировки уже решен… “ tipli proqnozu da məndə təəccüb doğurmadı... Maraqlı budur ki, erməni jurnalisti açıq şəkildə etiraf edir ki, Rusiyada “высшие должностныe лица и СМИ не жалели эпитетов в адрес луноликой ханум и Азербайджане в целом. Так же этот хвалебный поток свидительствует о том, что в Кремле позитивно относятся к намечающейся в Баку политической рокировке и готовы работать с Алиевой в новом качестве” (Russia-armenia.info). Mən erməni blogerin “луноликой ханум” ifadəsinə kiçik bir düzəliş vermək istərdim: “mehr” sözü ay (луна) deyil, “günəş” anlamını daşıyır. Dahi Azərbaycan şairi Mövlana Şəmsəddin Əssar Təbrizinin (1325-1390) Şərq tarixində ilk iri həcmli Dostluq poeması hesab edilən “Mehr və Müştəri” (1376) əsərində Mehr- Günəşi, Müştəri Yupiteri, Bəhram Marsı... təcəssüm etdirmişdir. Mehr eyni zamanda Günəş pərisinin adıdır. Əlbəttə, erməni jurnalistinin bu Görüşü “yerdəyişmə hazırlığı” kimi qiymətləndirməsi fikrində müəyyən müsbət nüanslar da görünür. Amma məncə, məsələyə bu rakursdan baxmaq Azərbaycanın ikinci rəsmi Rəhbərinin missiyasının beynəlxalq miqyasını xeyli kiçiltmək deməkdir. Çünki əvvəla, Azərbaycanda kimin növbəti Prezident olması məsələsi onun xalqının öz daxili işidir və xaricdə həll edilmir və edilə bilməz. İkincisi, Mehriban Əliyevanın Avrasiya geoməkanında, onun mərkəzi yeri sayılan Rusiya Federasiyasında bu cür fövqaladə miqyaslı qarşılanması törəninin tamamilə başq mühüm səbəbləri də ola bilər. Mən bunlardan birinə daha önəmli qiymət verərdim: müasir dünyanın hələ ki “qaynar nöqtələrindən ” biri hesab edilən Qafqazda xalqlararası Sülh və Dostluq missiyasə. Mənim fikrimcə, bu humanist xətti-hərəkət Avrasiya məkanının son Qadın liderinin yolunu beynəlxalq Nobel Sülh Mükafatına doğru aparır. Bu lauriatlıq Mehriban Əliyevanın bir qadın siyasi Lider olaraq, nəinki Qafqazda, bütün dünyada formalaşmış beynəlxalq hümanist imicinə daha çox yaraşardı...
Qafqazın qadın Liderinin yeni siyasi statusda Moskvaya ilk səfəri çərçivəsində postsovet məkanında birinci azad Qafqaz ölkəsi olaraq, müstəqil Azərbaycanın çağdaş mədəni və iqtisadi qüdrəti nəinki MDB məkanına, o cümlədən bütün dünyaya açıq-aşkar nümayiş etdirildi.
Mehriban bəyim Əliyeva bu dörd günlük tarixi Səfərində Avrasiya məkanının əsas mərkəzi sayılan Rusiya Federasiyası dövlətinin paytaxt şəhəri Moskvadan bütün bəşəriyyətə 9 May Qələbəsinin qazanılmasında mühüm rol oynamış Azərbaycan xalqının neft sənayesi və elm-texnika, habelə hümanitar sahələrdə böyük tarixi perspektivlərini simvolizə etmiş oldu. Bu, müasir narahat dünyamızda Azərbaycan xalqının bu bir çox başqaları kimi işğalçı sifətlər daşımadığının, hərbi ritorikalardan tamamilə uzaq olduğunun açıq nümayişi idi...
Əlbəttə, bu dəsti-xətt bütün azəri xalqının ürəyincədir. Müstəqil ölkəmiz tolerantlıq və vətəndaş cəmiyyəti istiqamətində sürətlə inkişaf edir. Bildiyimiz kimi Alman faşizmi üzərində Böyük Qəlbənin 75 İlliyinə həsr olunacaq təntənəli Yubiley törənlərinə cəmi altı ay qalır. Bu ümumbəşəri ZƏFƏRin qazanılmasında mənim də babam Rza Əhmədov cəmi 25 yaşında həlak olmuş, anam yetim böyümüşdür... Mən əminəm ki, bütün xalqlar kimi, Azərbaycan xalqı da öz qonşuları ilə dinc yanaşı və qarşılıqlı hörmət əsasında yaşamağa can atır. Bu, həmişə belə olub, bundan sonra da belə olacaqdır! Bizim Respublikamızda 50-dən yuxarı xalqın nümayəndələri yaşayırlar. Azərbaycan onların da Vətənidir! Vətən heç vaxt bölünməz, daim qorunub saxlanılar! Və inkişaf etdirilər! Nadürist adamlar hər bir xalqın arasında var. Lakin belələri xalqların həqiqi simasını təşkil etmirlər...
Son dövrlər Azərbaycan-Rusiya, o cümlədən digər xalqlar və ölkələr arası DOSTLUQ sahəsində ən müqəddəs bağlardan, mənəvi körpülərdən biri sayılan 9 May Bayramını aşağılamaq istiqamətində fəallaşmış bəzi irticaçı qüvvələr Böyük Vətən müharibəsi şəhidlərimizin xatirələrinə: onlara həsr edilmiş bədii əsərlərə, dünyasını dəyişmiş antifaşist ədəbiyyat xadimlərimizə, 1941-1945-ci illər müharibə dövrü qəhrəmanlarımızın heykəl və büstlərinə qarşı bədnam fəaliyyətlər göstərməyə başlamışlar. Mənim ”AtaTv.az“ xəbər portalında işıq üzü görən iki mövqe yazım- “Azərbaycanda neofaşizmə yer olmamalıdır” və “Səməd Vurğun dühası: Avrasiyaçılıq kontekstində” məqalələrim antirusiya-antiavrasiya mövqe tutan qaragüruha tutarlı bir cavab oldu. Çox əlamətdar haldır ki, dövlət-hakimiyyət strukturlarımızda və yerli idarəçilik sistemində bu cür hallara göz yummuş, bir çox hallarda onları fəal dəstəkləmiş yuxarı yaş həddində olan bəzi vəzifəlilər Mehriban Əliyevanın Moskva səfəri qabağı işlərindən uzaqlaşdırıldılar. Əlbəttə, bu siyasi xətt cəmiyyət içərisində ilk dəqiqədən ölkədaxili irticaçı fəaliyyətlərə qarşı Birinci Vitse-Prezidentin fəal həyat mövqeynin nəticəsi kimi qiymətləndirildi.
Rusiya – Azərbaycan dostluq əlaqələri hər iki xalqın dövlətçilik tarixinin ən qədim səhifələrində özünə yer tutmuşdur. 861-ci il Şirvanşahlar Azərbaycanının Birinci minillikdə ilk İstiqlal tarixinin, 862-ci il isə Rus dövlətçiliyinin (Kiyev-Rus dövlətinin) yaranmasının ilk səhifəsidir… Qədim Şirvan Azərbaycanı – Şirvanşahlar dövləti rus xalqı üçün həyati əhəmiyyət daşımış Şimal-Cənub nəqliyyat dəhlizinin əsas dayağı olmuşdur. Orta əsrlər məşhur Rus səyyahı Afanasi Nikitinin Hindistan səfərinin məhz Şamaxıdan gəlib keçməsi bunun daha bir əyani təsdiqi idi. Bu dostluq və mədəni-iqtisadi əlaqələrin XIX əsr Azərbaycan maarifçiliyində Qızıl hərflərlə yazılmış parlaq səhifələri vardır. Biz dahi klassikimiz, ilk yeni tipli milli məktəbimizin banisi (-yeri gəlmişkən cari il həmin Məktəbin 150 İlliyidir: 1869-2019) pedaqoqumuz Seyid Əzim Şirvaninin Rus şeirinin günəşi Aleksandr Sergeyeviç Puşkinə Moskvada heykəl qoyulması münasibətilə yazdığı şeiri (“Nizami-aləmin icrasına hər qəridə bir kəs…) əzbərdən bilirik. Seyid Əzimin: “Ey oğul, hər lisanə ol rağib, Xüsusən, rus elminə ol talib” proqram xətti çağdaş Azərbaycan gəncliyinin də əsas təhsil kredosudur.
Birinci Vitse-Prezidentin Moskva səfərində rus ictimaiyyəti üçün ən maraqlı məlumatlardan biri, heç şübhəsiz Azərbaycanda indiyə kimi dahi şairimiz və ilk milli pedaqoqumuz Seyid Əzim Şirvaninin 100 il bundan əvvəl irəli sürdüyü xəttə xalqımızın göstərdiyi sədaqət və sayğı oldu: keçmiş Çarizm və SSRİ dövrlərində ölkəmizdə rus dilində təhsil verən müəssisələr nəinki ləğv edilməmiş, əksinə daha da artırılıb inkişaf etdirilmişdir.
Mehriban Əliyevanın ilk dəfə yeni komanda kimi beynəlxalq araenaya çıxardığı gənclərdən ibarət dövlət və hökumət nümayəndə heyəti xüsusilə Respublikamızın xaricdəki imicinin daha da ucalmasına yol açmış oldu. O, özü ilə yeni hakimiyyət komandasının nümayəndələrini aparmışdı: heyə, əsasən, yeni komandanın iqtisadi və mədəni cinahını təmsil edirdi.
Bəzi “milli” qara piar jurnalistləri I Vitse-Prezidentin bu tarixi səfərinə kölgə salmaq üçün dərhal hərbi ritorikanı işə saldılar və Mehriban bəyim Əliyevanı “Qarabağ mövzusuna” müraciət etməməkdə suçlamağa başladılar. Sual doğur: Avrasiyanın yeni qadın Liderinin Rusiyaya bu ilk müstəqil və mühüm tarixi səfərində 1987-ci ildən meydana çıxarılmış həmin mövzuya qayıtmağın nə əhəmiyyəti ola bilərdi?..
Əlbəttə, heç kəsə sirr deyil ki, Azərbaycanla Ermənistan arasında yaradılmış geosiyasi “Qarabağ problemi” indiki Rusiya lideri cənab Vladimir Vladimiroviç Putinin keçmiş Şərqi Almaniya ərazisində hərbi xidmət etdiyi illərə təsadüf etmişdir.
Cənab V.Putin ilə mənim SSRİ ordusunda hərbi xidmət illərimiz təqribən üst-üstə düşür. 1982-ci ildə keçmiş SSRİ ilə Suriya arasında hərbi müqavilə əsasında [right][/right]
“Qafqaz-2” gizli planı üzrə Yaxın Şərqdə müharibə zonasına göndərilməli idim. Misir prezidenti Ənvər Sədatın separatizmi üzündən Suriya-İsrail münaqişəsi cildinə salınmış növbəti imperialist Müharibə gözlənilmədən dayandırıldı və son anda mənim də bu dünyada indiyədək sağ qalmağım mümkün oldu. Bu acı həyati həyəcanlar mənə deməyə haqq verir ki, keçmiş SSRİ ilə Qərb imperializminin üz-üzə dayandığı Alman sərhədindəki xidmət illəri cənab Putinə də az müdriklik verməyib. Odur ki, journalist camiyəsi adından bu gün bəşəriyyəti Faşizm üzərində Qələbənin 75 İlliyi qabağı müharibə çağrışları ilə həyəcanlandırmaq heç də müdriklik deyildir. 1988-2019-cu illər arasında Azərbaycanda altı Rəhbər dəyişikliyi baş vermişdir. Qərb siyasətçiləri ilə Avrasiyaçılar arasında gedən böyük geosiyasi mübarizənin ağır nəticəsi olaraq, “Qarabağ problemi” özündə bir çox mübhəmləri sirr kimi gizlədir. Bunun birinci sirri odur ki, Qərb diplomatik modeli olan ATƏT-in Minsk Qrupu formatında indiyəcən aparılmış danışıqlar prosesi aydın şəkildə onu göstərmişdir ki, ölkəmizin ilk Prezidenti möhtərəm Ayaz Mütəllibovun 1992-cilin 2 martında, yəni müstəqil Azərbaycanımızın BMT-yə qəbulu günüdə devrilməsi ilə Avropa dövlətləri Qarabağ münaqişəsinin həlli yolunda heç bir konkret həll təklifi irəli sürmədilər. İşğala uğramış Qarabağın taleyi BMT-dən Avropa müstəvisinə- ATƏT-ə keçirilməklə indiki vəziyyətinə salındı: bunun siyasi cavabdehi kimlərdirsə, bloger Sevil Osmanqızının sualları onlara yönəldilməlidir?! Digər tərəfdən, ndiki postindistrual dövrdə dünya postmodern siyasət girdabındadır: beynəlxalq təşkilat strukturlarında hakim elitaların şəxsi mənafeləri, əsasən, Dövlət maraqlarının üstündədir. Müasir dünyada “Qarabağ” tipli münaqişələr dünyanın ÜST elitalarında yalnız qazanc mənbəyinə çevrilmişdir. Müasir dünyadakı “qaynar nöqtələr”in taleyi bunun əyani sübutudur. Bu təzadların səbəblərini Avropadan və ATƏT-dən soruşmaq lazımdır. Üçüncü tərəfdən, oindiki halda zərərdidə olaraq, münaqişə tərəfinə çevrilmiş xalqların Xalq diplomatiyaları işə salınmadan belə münaqişələrin həlli qeyri-mümkün görünür. Müxtəlif cəbhələri təşkil edən böyük güclərin özləri üçün yaratdıqları əndərabadi Oyun qaydalarına qarşı mübarizənin zorakı üsullarının tətbiqi əsla mümkün deyil. Dünya siyasi elitası lazım gələndə “xalqların öz müqəddəratını həll etmə” haqqına, lazım gələndə isə ölkələrin ərazi bütövlüyü prinsipinə əl ataraq, problemin həllini SIFIR vəziyyətinə salırlar. Mən istərdim ki, Avropada qərarlaşmış azəri blogerlər elə həmin ölkələrin siyasi elitasından otuz illik mövqe dəyişikliklərinin səbələrini sorğulasınlar!! Qafqaz regionunda vaxtilə müxtəlif hakimiyyət dəyişiklikləri fonunda “yağlı kökələr” əldə etmiş bəzi diletant müharibəpərəst “milli qüvvələr” unutmasınlar ki, 21-ci əsrdə müharibə ilə ərazi dəyişiklikləri iddiasına düşmək siyasi diletantlıqdan savayı bir şey deyil. Çünki indiki halda nə BMT, nə ATƏT, nə də MDB özünün tam hüquqlu heç bir üzvünə özbaşına ərazi dəyişikliyi etməyə imkan verməz. Odur ki, Mehriban Əliyevanı Moskva səfərində müharibə tematikasından kənarda durduğuna görə ittiham etmək, əlbəttə, tamamilə haqsızlıqdır… Bu cür münaqişələrin yeganə həlli yolu xalqlararası Birgəyaşayış və Sülh siyasətidir!.. Mən bunun ilk formatı olaraq: Qərbçiliyi deyil, Avrasiya Birliyini görürəm…
Azərbaycanda bütün müxalifət qüvvələrini Mehriban Əliyevanın əleydarı da adlandırmaq doğru fikir olmazdı. Maraqlıdır: ənənəvi radikal müxalifət liderlərindən bəzilərinin liderləri siyasətdən çəkildiklərini bəyan ediblər. Bu mədəni jestin arxasında, məncə, az mətləb durmur… Bir tərəfdən, kimlərsə Azərbaycanın yeni qadın Liderinə qarşı müxalifət partiyası yaratmaq iddiaları sələndirir,digər tərəfdən, kimlərsə siyasətdən getdiyini bəyan edir?!.
Qədim Şərq əxlaqına görə, Qadın Liderə qarşı vuruşmaq heç vaxt kişilik kataqoriyası kimi qiymətləndirilməmişdir. Mənim 2004-2005-ci illərdə “Həftə içi” və “İslam” qəzetlərində “Sultan Səlahəddini yenmiş xatun: Xilat hakimi Atabəy Zübeydə Eldəniz” adlı bir məqaləm dərc edilmişdi. Bu məqalədə Misir Məmlük hökmdarı Səlahəddin Eyyubinin Azərbaycan atabəyi Cahan Şah Eldənizin vəfatından sonra Xilat (indiki Ermənistan) Zəngi Dövlətini Misirə qatmaq üçün hərbi yürüşünün baş tutmaması səbəbi əks etdirilmişdi. Sultan Səlahəddin eşidəndə ki, Xilat hakimi Ərmənşah Zübeydə Xatun Eldəniz ünlü Azərbaycan hökmdarı Atabəy Cahan Şah Eldənizin övladı olmaqdan əlavə, həmçinin Xaç yürüşlərinə qarşı vuruşmuş görkəmli İslam sərkərdəsi rəhmətlik Nurəddin Zənginin dul qadınıdır: dərhal geri dönmüşdü! Təəssüf edirəm ki, məqalənin dərcindən sonra nəinki mənim özümü, hətta “Həftə içi” qəzetinin gənc məsul katibini də dərhal işindən azad etdilər. Bununla xatırlatmaq istəyirəm ki, Mehriban Əliyevanın ölkədə siyasi Lider haqqına yiyələnməsi heç də asan qazanılmamışdır. Bu mənada, iqtidariçi bəzi irtica qüvvələri, gizli şəkildə olsa da, illərlə daha böyük fəallıqlar götərmişlər…
Əlbəttə, mən bu misalla ölkədə müxalifət mübarizəsinin tamamilə dayandırılmasını təklif etmək fikrində deyiləm. Lakin qadın siyasətçi-yazar, bloger Sevil Osmanqızının Azərbaycanın yeni qadın Lideri Mehriban bəyim Əliyevanın Moskva səfərini dərhal qara xətlərlə təsvir etməsinə də haqq qazandırmıram…
Mənim kimi onun da bir bir jurnalist övladı olduğunu nəzərə alaraq, Sevil xanıma daxil olduğum camiə arasında böyük hörmətim vardır. Bizim hər ikimiz jurnalist ailəsində doğulub böyümüşük. Onun öz vətənindən uzaq düşərək, hansısa Qərb dövləti ərazisindən Mehriban Əliyevaya qarşı tənqidi fikirlər səsləndirməsinin əsas səbəbini, əlbəttə, Azərbaycan mətbuatında indiyədək davam etdirilən əndərabadi fəaliyyətlərin nəticəsi hesab edirəm. Ümidvaram ki, bundan belə görkəmli jurnalistimiz rəhmətlik Osman Mirzəyevin övladına qarşı kimsənin güc ritorikasından davranmağa cəsarəti çatmayacaq! Odur ki, Sevil xanımın hansı siyasi mövqedə durmasından asılı olmayaraq, indən belə Azərbaycana dönüşündə mən heç bir maneə görmürəm. Ölkəmizdə 1000-ə qədər jurnalistə mənzil paylanılmışdır. Onların əksəriyyətini yaxşı tanıyırm: bu əksəriyyət vaxtilə Ümummilli lider Heydər Əliyev əleyhinə gen-bol yazılar yazmışlar. Əlbəttə, onların indi siyasi mövqe dəyişdirib, iqtidar jurnalisti olması yalnız gülüş doğura bilər.
2004-cü ilin aprel ayında (zənnimcə, 20-22 aprel tarixli saylardan birində olmalıdır) “Azad Azərbaycan” qəzetində “Milli informasiya məkanı və KİV” adlı bir məqaləm dərc edilmişdi. Azərbaycan mətbuatının Qərb (maarifçi) prinsiplərdən uzaqlaşıb, ABŞ-ın informasiya tipli biznes mətbuata çevrilməsini təklif etmişdim. Jurnalistik fəaliyyətin asanlaşdırılması üçün “Dövlət mətbuatı”nın dərhal ləğv edilməsi, Mətbuat komissarlığının yaradılması təklifini vermişdim. Əlbəttə, bu təklifə qarçı iqtidariçi qüvvələr ayın 23-24-ündə mənim taleyimi həll etdilər: Prezidentin Mətbuat xidmətində 10 illik işimdən azad edildim. Azərbaycan Prezidentinin bu günlərdə son Müşavirədə səsləndirdiyi bəzi vuzunömürlü əzifə sahiblərinin “hakimiyyət daxili” kompramat savaşının anonsunu 16 il bundan əvvəl mən həmin məqalədə vermişdim… Lakin gözlədiyimin tam əksi oldu: iqtidar və müxalifət qəzetləri hər iki cəbhədən mənə qarşı hücuma keçdilər. Mən o tənqidi təhqirləri indiyədək özümdə yadigar saxlayıram.
Vaxtilə ingilis Uinston Çörçill yazırdı ki, bir ölkədə hamının hər şeyi əla vəziyyətdə görməsi halı ağrılı-xəstə bir bədənin narkotik həzzinə bənzəyir. Tanrı ingilis xalqını belə bir bəladan daim uzaq eləsin!..
Mənim zənnimcə, müxalifətçi-bloger Sevil Osmanqızının öz Vətəninə dönüşünə ən çox maneəçilik edənlər hal-hazırda İqtidar komandasından xeyli mənzillər və “imtiyazlar” almış keçmiş anti-Əliyevçi həmin “müxalif jurnalist”lərdir. Sevil xanımın fikirləri üzərində ona görə belə çox durdum ki, Mehriban Əliyevanın Moskva səfərini ən ziyadə onun dilindən tənqid edilmiş gördüm. Və buna çox təəssüf etdim…
Avrasiyanın qadın Lideri olaraq, Mehriban bəyim Əliyevanın Rusiya Federasiyası dövləti və hökuməti tərəfindən yüksək qiymətləndirilməsi, məncə, çox təqdirəlayiq hadisədir.
Xüsusən, işğalçı Alman Faşizmi üzərində Böyük Qələbənin 75 İlliyi ərəfəsində Azərbaycan liderinin Rusiya dövlət baçısı tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi bütün Avrasiya geoməkanı üçün böyük beynəlxalq əhəmiyyətə malikdir. Bunu etiraf etmək lazımdır.
Qonşu Fedarativ ölkəyə Azərbaycan Respublikasının I Vitse-Prezidentinin ilk müstəqil rəsmi Səfərinin bütün Rusiya dövlət və hökumət rəhbərləri tərəfindən yüksək səviyyədə qarşılanmasına yalnız xalqımıza düşmən qüvvələr qıcqanclıqla baxa bilərlər. Bu da birmənalıdır!
Mehriban bəyim Əliyevanın Liderlik keyfiyyətləri barədə indiyədək çox yazılmışdır. Bunları təkrarlamağa lüzum görmürəm. Lakin bir xarakter xüsussiyyətini ayrıca qeyd etmək istərdim: Avrasiyanın bir siyasi qadın Lideri olaraq, Mehriban Əliyeva tarixə hərbcu cizgilərlə deyil, yalnız sülhpərvərlik keyfiyyətləri ilə daxil olacaqdır. Bu həmçinin onun gələcəkdə Avrasiya məkanında Nobel Sülh mükafatına ən real namizəd olacağını ehtimal etməyə əsas verir. Mən əminəm ki, onun bu yüksək hümanizmi Azərbaycanın tarixi Qarabağ ərazisinin erməni vətəndaşları arasında da laqeyd qarşılanmayacaqdır!.. Çünki Sülh siyasəti xalqlarımızı Avrasiya Birliyinə aparan yeganə düzgün yoldur...
Möhtərəm Vitse-Prezident çoxmillətli Rusuya Federasiyasına bu ilk müstəqil rəsmi Səfəri çərçivəsində ölkəmizin güc strukturlarının rəhbərlərini deyil, özü ilə məhz yeni iqtisadi və mədəni hakimiyyət eşelonunu aparmışdı. Əlbəttə, bunun da özünəməxsus simvolik mənası vardı...
Birinci Vitse-Prezidentin Rusiya səfərinin daha bir əlamətdar cəhəti isə istər iqtisadi-siyasi, istər mədəniyyət və elm, istərsə də idman sahəsində mövcud əməkdaşlığın daha keyfiyyətli yeni mərhələyə keçməsi üçün mühüm zəmin yaratmasıdır. Təsadüfi deyil ki, onun Rusiya-Azərbaycan Regionlararası Forumun Plenar iclasında tərəfmüqabili Federal məclisin Federasiya Şurasının sədri xanım Valentina Matveyenko oldu. Sədrin ona aşağıdakı müraciəti Rusiya–Azərbaycan dostluq siyasətinin uğurlu gedişatından əyani xəbər verir: “Möhtərəm Mehriban Arif qızı!.. Mən Sizi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, əfsanəvi “Kosmos” pavilyonunda X yubiley Rusiya-Azərbaycan Regionlararası Forumunda salamlamağa ürəkdən şadam”. Bu, adi təmtəraq ritorikası deyil, real uğurlu fəaliyyət üçün deyilmiş ifadələrdir.
Bu kiçik xitabat detalının özü müasir Avropa qadın Prezidentləri arasında Mehriban Əliyevanın beynəlxalq nüfuzuna görə necə böyük yer tutduğunu əyani əks etdirir.
Mehriban bəyim Əlyevanın Rusiya səfərinin dünyanın bir çox aparıcı informasiya vasitələri tərəfindən geniş işıqlandırması Moskva səfərinin böyük perspektivlərə hesablanmış addım olduğunun daha bir əyani təsdiqidir. Əlbəttə, hər bir azərbaycanlı üçün bu hal milli qürur mənbəyi sayılmalıdır. Azərbaycan tarixində qadın liderlər az deyil. Görkəmli pedaqoq-jurnalist Nəsir İmanquliyevin tələbəsi olmuş atam Rəşid Fərəcovun ADU-da tələbə Diplom işi “Azərbaycan qadınının mübariz həyat yolu” mövzusu olub. Hələ orta məktəb illərində mən bu əsəri dəfələrlə oxumuşam. Gəldiyim qəti qənaət belə olmuşdur ki, dahi Cavidimiz demişkən: “Bəşəriyyət qadınla yüksələcəkdir!..”
Moskva səfəri göstərdi ki, Mehriban Əliyevanın yeni Liderlik amili kimi meydana çıxan parlaq siması Azərbaycan qadınının həm siyasi, həm də hümanist keyfiyyətlərinin bütün dünyaya nümayiş etdirilməsi yolunda yeni tarixi səhifədir. Fikrimi qardaş Türkiyə Cümhuriyyətinin Bahçaşəhr Universitetinin magistri olmuş böyük övladım Aynur Atabəylinin “Ne mutluyam türküm diyene” devizli MHP-nin “Orta Doğu” qəzetinin 2011-ci il 4 mart tarixli sayında Mehriban Əliyevanın 8 Mart Beynəlxalq Qadınlar Günü üçün bayram təbriki olaraq dərc etdirdiyi “Bir şiir Mehriban Hanım için” sərlövhəli təbrik-şeirindəki son bəndlə bitirirəm: