Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 34 saylı Xətai seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
Məsələ barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.
O bildirib ki, araşdırmaya 35 material təqdim olunub. Ancaq onlardan 8-i orijinal olub. Araşdırmada namizədlərin iştirakı təmin olunub. MSK üzvü təklif edib ki, 1, 2, 3, 4, 18, 30, 35 seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin. MSK müraciəti qismən təmin edib.
Qeyd edək ki, sözügedən dairədə lider namizəd Mixail Zabelindir.
***
Namizədlər isə sadəcə 7 məntəqənin ləğv edilməsiylə razılaşmayıb. MSK sədrinin müavini Rövzət Qasımov məsələyə münasibət bildirərək qeyd edib ki, topa bülletenlə bağlı məsələ müraciətə daxil edilməyib: “Namizədlərin iddia etdiyi məntəqə 2 saylı məntəqədir. Ancaq burada topa bülleten atılmasının videogörüntüsü yoxdur. Onsuz da 2 saylı məntəqənin nəticələri ləğv edilib. Biz faktı gördükcə ləğv edəcəyik”.